Facebook şirkəti Braziliyada Whatsapp daxili pul köçürmələri funksiyasını işə salıb

Facebook şirkəti Braziliyada Whatsapp daxili pul köçürmələri funksiyasını işə salıb

Sosial Media
16.06.2020 PAYLAŞIM

    Facebook şirkəti Braziliyadakı Whatsapp istifadəçilərinə Facebook Pay vasitəsilə Whatsapp daxilində pul vəsaitlərinin göndərilməsi və qəbul edilməsi imkanını yaradıb. Bundan əlavə olaraq istifadəçlər Whatsapp-dakı çat vasitəsilə yerli biznesin təqdim etdyi xidmətlərini də ödəyə bilərlər. Bu halda istifadəçi vəsait köçürülməsini 6 rəqəmli xüsusi PIN şifrə və ya barmaq izi skanı ilə təsdiqləyə bilər. Bu barədə Vc.ru saytı xəbər verib.

    Adi istifadəçilər üçün sözügedən funksiya pulsuzdur. Lakin şirkətlərdən hər istifadəçidən edilmiş ödənişə görə komissiya çıxılacaq. Komissiyanın nə qədər təşkil edəcəyi barəsində Facebook bir məlumat verməyib. Hal hazırda Whatsapp Visa MasterCard ödəniş servisləri əsasında çalışan Banco do Brasil, Nubank Sicredi kimi bankların debet və kredit kartlarını dəstəkləyir.


    Şirkət həmçinin Braziliyada aparıcı ödəniş sistemi olan Cielo ilə də əməkdaşlıq edir. Qeyd etmək lazımdır ki, Facebook şirkəti Whatsapp daxilində ödəniş sistemini 2018-ci ilin fevral ayından başlayaraq bəzi istifadəçilər üzərində test edir. Lakin nizamlayıcı orqanlarla bağlı çətinliklər səbəbilə şirkət hələ də Facebook Pay sisteminin işə salınmasını rəsmi şəkildə elan etməyib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Whatsapp-da fake mesajların yoxlanması imkanı yaradılıb: Yeni funksiya necə çalı..

Son yenilənmə ilə Whatsapp messenceri bəzi regionlar üçün daha bir faydalı funksiya əldə edib. Bu fu..


Google şirkəti Maps servisinin daxilində sosial şəbəkə yaradıb

Bir çoxları Google Maps-dən naviqasiya və lazımi yerlər barəsində məlumatların əldə olunması üçün is..


Telegram-a böyük yenilənmə gəlib: Yeni funksiyalar nələrdir?

Telegram tərtibatçıları mesencerin yeni versiyasını təqdim ediblər. Yeni versiya çoxdan gözlənilən b..


Yenilənmiş Whatsapp-da hansı funksiyalar reallaşdırılacaq?

Whatsapp messenceri yaxın zamanda yeni funksiyalara sahib olacaq.


Facebook Messenger-in iOS versiyasına əlavə təhlükəsizlik funksiyası əlavə edili..

Facebook özünün Messenger-i üçün əlavə təhlükəsizlik funksiyasını anons edib.


ABŞ hökuməti TikTok-u öz regionunda bloklaya bilər

Donald Trump administrasiyası Çinin ByteDance şirkətini (TikTok servisinin sahibi) öz qara siyahısın..

×