main-post-cover

    Facebook şirkəti animasiya axtarışı və saxlanması üzrə məşhur servis Giphy-ni aldı

    Sosial Media
    16.05.2020
    Farid Pardashunas
        Animasiyaların axtarışı və saxlanması üzrə fəaliyyət göstərən məşhur Giphy servisi Facebook tərəfindən alındı. Məlumata əsasən Facebook şirkəti Giphy servisinin əldə olunması üçün 400 milyon dollar vəsait ödəyib. Bu barədə Techcrunch saytı xəbər verib. Hər iki tərəf arasında bağlanmış müqavilənin şərtləri bilinmir. Məlumatda qeyd olunub ki, Giphy servisi Instagram komandasına qoşulacaq. Facebook qeyd edib ki, Giphy-nin trafikinin 50%-i onun tətbiqlərinin payına düşür və bu məsələdə ən yüksək göstərici məhz Instagram-dadır.

    “Instagram və Giphy-ni birləşdirərək biz, Stories-lərdə və mesajlarda ideal GIF animasiyalar ilə stikerlərin axtarış prosesini sadələşdirə bilərik” - deyə Facebook qeyd edib.

        Giphy isə öz növbəsində öz animasiya kitabxanası il məşğul olmağa davam edəcək. İstifadəçilər əvvəlki kimi bu servisdən GIF faylları yükləyə, servisin partnyorları isə API-dan istifadə edə biləcəklər. Qeyd etmək lazımdır ki, Giphy 2013-cü ildə GIF animasiyaların axtarış servisi kimi yaradılmışdı. Crunchbase saytının məlumatına əsasən təsis edildiyi gündən bəri servis ümumilikdə 150.9 milyon dollar investisiya əldə edib. 2016-cı ilin oktyabr ayında baş tutmuş sonuncu investisiya raundu çərçivəsində servisin bazar dəyəri 600 milyon dollar qiymətləndirilmişdi. Məlumata əsasən Giphy hərgün 700 milyondan çox istifadəçi üçün 10 milyarddan çox kontent emal edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər