main-post-cover

    Facebook reperlər üçün Bars adlı tətbiqi təqdim edib

    Sosial Media
    28.02.2021
    Farid Pardashunas
        Facebook şirkəti Bars adlı tətbiqi təqdim edib. Sözügedən tətbiq hazır bitlərin köməkliyi ilə əvvəlcədən yazılmış mətni rep musiqiyə çevirmək imkanını verir. Bu tətbiq vasitəsilə həmçinin ifa olunan rep musiqisini videoya çəkmək və daha sonra onu sosial şəbəkələrdə yerləşdirmək mümkündür. Bu barədə Techcrunch saytı xəbər verib. Professional bitlərlə birlikdə tətbiqdə həmçinin audio, vizual filtrlər və avtomatik ayarlanma funksiyası mövcuddur. Çəkilmiş videoların xronometrajları isə 1 dəqiqədən çox olmamalıdır. Buna görə də Facebook-un Bars adlı yeni tətbiqi potensial olaraq TikTok ilə rəqabət apara bilər. Tətbiqdə qeydiyyatdan keçən zaman rep ifa üzrə təcrübə səviyyəsini qeyd etmək lazımdır.
        Bu işə yeni başlayanlar üçün tətbiq avtomatik qafiyələnmiş sözlər siyahısını, peşəkar istifadəçilərə isə Freestyle rejimini təqdim edir. Freestyle rejimini seçən zaman istifadəçi 8 təsadüfi sözdən ibarət 16 vuruşlu rep musiqi yaratmalıdır. Hal hazırda bu tətbiq qapalı beta test mərhələsində çalışır. O hələki yalnız iOS üçün aktivdir və ondan istifadə dəvətnamə sayəsində reallaşdırılır. Bununla belə istifadəçilər sözügedən tətbiq üçün artıq özlərinə ləqəb bronlaşdırıb gözləmə siyahısına düşə bilərlər. Qeyd etmək lazımdır ki, Bars tətbiqi Facebook-un New Product Experimentation adlı daxili tədqiqat qrupu tərəfindən hazırlanıb. Bu qrup keçən il birgə musiqi bəstələrini yaratmağa imkan verən Collab adlı tətbiqi istifadəyə vermişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər