main-post-cover

    Facebook qərarını verdi: WhatsApp-da reklamlar göstəriləcək

    Sosial Media
    06.01.2020
    Nijat Hamid
            Bildiyiniz kimi Facebook, InstagramWhatsApp platformaların da sahibidir. 2012-də Facebook şirkətinin verdiyi sözlərə əsasən WhatsApp platforması heç vaxt pullu olmayacaq və istifadəçilərə reklamlar göstərilməyəcəkdi. Lakin son çıxan xəbərlərə görə şirkət bu fikrindən imtina edib. 

    WhatsApp-da Story(Hekayələr) hissəsində reklamlar göstərilməyə başlayacaq.

            1.5 Milyard istifadəçiyə malik platformun Story hissəsində reklamlar göstəriləcək. Xarici mediada insanlar bu xəbərə ciddi dərəcədə əsəbləşdilər. Buna əsas səbəb isə əgər reklam verilirsə, deməli istifadəçi məlumatları da toplanılmağa başlayacaq. Reklamlar istifadəçilərin maraq dairələrinə əsasən seçilir. Və bunu etmək üçün də o istifadəçinin məlumatlarının toplanılması şərtdir. Digər tərəfdən bu xəbərə sevinən insanlar da var: Reklam vermək istəyən insanlar və şirkətlər. Qeyd edək ki, reklamların göstərilməsinə nə vaxt başlanılacağı hələlik məlum deyil, lakin artıq insanlar WhatsApp alternativi tətbiqlərə üz tutmağa başlayıblar.
    Linki kopyala