Facebook özündə Instagram'ın vacib özəlliyini test edir

Facebook özündə Instagram'ın vacib özəlliyini test edir

Sosyal Medya
15.11.2019 PAYLAŞIM

    Facebook özündə "Məşhur fotolar" bölməsi yaradaraq Instagram-ın bəzi elementlərini kopyalamağı qərara alıb. Məşhur fotolar bölməsi dostlardan və izlənən səhifələrdən olan yeni fotoların əks olunduqları sonsuz xəbər lentidir. Bu barədə Techcrunch saytı xəbər verib. Məşhur fotolar bölməsi adi xəbər lentindən fərqli olaraq əsas səhifəni daha rahat şəkildə izləməyə imkan verir.

    Nəticədə hansısa linkə daxil olmağa ehtiyac yoxdur və həmçinin istifadəçi hansısa kontenti digəri ilə səhv salmır. Belə ki, bundan sonra istifadəçi sadəcə olaraq onu maraqlandıran fotolara baxa biləcək. Hal hazırda Facebook tətbiqinin interfeysi Snapchat, TikTok Instagram-dan fərqli olaraq daha ağır görünür. Bu səbəbdən istifadəçi hər dəfə hansısa paylaşıma daxil olmaq üçün bir qədər əziyyət çəkməlidir. Yuxarıda sadalanmış servislərdə isə sadəcə olaraq sadə swype sistemi reallaşdırılıb. Bu yeni bölmənin Facebook-a nə zaman inteqrasiya olunacağı bilinmir.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Sağlamlıq üçün faydalı 6 yerli tətbiq

İSİM tərəfindən yeni mobil əlavə hazırlandı


Azercell 'Ən yaxşı stend dizaynına görə' sertifikatla təltif edildi

Azercell Telekom 2019-cu ilin dekabr ayının 3-dən 6-a kimi Bakı Ekspo Mərkəzində keçirilmiş “Bakutel..


Whatsapp messencerinə Whatsapp Reminders adlı xatırlatma funksiyası əlavə edilib..

Məşhur Whatsapp messencerində tapşırıqların yaradılması və xatırlatmaların təyin edilməsi funksiyası..


Azercell ilə Nəsimi irsindən zövq al

Lider mobil operator “Audio Kitab” layihəsində dahi şairin əsərlərini üç dildə təqdim etdi. ..


Instagram-a yaş qadağası gəldi: 13 yaşdan kiçiklər istifadə edə bilməyəcək..

Instagram yeni qaydalara əsasən 13 yaş limitini tətbiq etməyə başladı. 13 yaşından kiçiklər artıq İn..


50%-DƏK ENDİRİMLƏR, ƏYLƏNCƏLİ KONSERT, MARAQLI HƏDİYYƏLƏR – KONTAKT HOME-UN BU M..

6 dekabr saat 20:00-da Kontakt Home-un “Azadlıq Metrosu” mağazasının rəsmi açılış gecəsinə ailənizlə..