main-post-cover

    Facebook Messenger-in iOS versiyasında xüsusi üsullarla tətbiqə daxil olma funksiyası test edilir

    Sosial Media
    14.06.2020
    Farid Pardashunas
        Facebook sosial şəbəkəsi Messenger tətbiqinin iOS üçün olan versiyasında Face ID və ya Touch ID vasitəsilə avtorizasiya funksiyasını test edir. Bu barədə Engadget saytı xəbər verib. Ortaya çıxmış fotoya əsasən bu funksiya vasitəsilə Messenger-ə daxil olmaq üçün istifadəçi Face ID, Touch ID və ya xüsusi şifrənin köməyilə öz istifadəçi hesabını təsdiqləməli olacaq. Bundan əlavə olaraq bu halda Messenger-dən çıxandan sonra təkrar avtorizasiya sorğusunun hansı müddətdən sonra işə düşəcəyini də təyin etmək mümkün olacaq. Bu yeni funksiya hələ ki, bir sıra iOS istifadəçiləri üçün aktivdir. Lakin Facebook söz verib ki, gələcəkdə bu funksiyanı Messenger-in Android versiyasına da əlavə edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər