main-post-cover

    'Facebook' istifadəçilərdən özlərinin çılpaq fotolarını göndərməyi xahiş edir

    Sosial Media
    08.11.2017
    Farid Pardashunas
    Sosial şəbəkə yeni sistemi test edir hansı ki, ana səhifədə peyda olacaq çılpaq fotoları blocklayacaq.
    Sosial şəbəkə erasının ən çox yayılan hallarından biri də porno qisasdır. Belə ki, hansısa cütlük ayrılan zaman biri digərinin çılpaq fotolarını bu sosial şəbəkədə yayır ki, o, bütün dünyaya biabır olsun. Görünür, Facebook bunun üçün yaxşı texnoloji həll tapıb. Belə ki, bu həll üsulu ilə o, Messenger üzərindən yayılan çılpaq fotoları yığır.

    Test edilən yeni sistem, istifadəçinin razılığının olub-olmamasına baxmayaraq onun çılpaq fotosunun yayılmasının qarşısını alacaq. Hələ ki, Facebook sizin, çılpaq və ya bədən rəngində olan geyimin əks olunduğu fotonu yüklədiyinizi təyin edə bilmir. Buna görə də şirkət istifadəçilərdən xahiş edib ki, onlar özü-özlərinə Messenger vasitəsilə çılpaq foto göndərsinlər.
    Şirkət bildirib ki, bu tamamilə təhlükəsizdir və şirkət işçilərindən heç kim həmin fotoları görməyəcək. Fotoları yalnız süni zəka görə biləcək. Süni zəka vasitəsilə şəbəkə fotonun rəqəmsal izini yaradır. Beləliklə sistem Facebook-da həmin fotonun yayılma üsullarını block edəcək. Bu prosesi potensial olaraq sosial şəbəkədə yayıla biləcək bütün çılpaq fotoların üzərində yoxlamaq lazım olacaq. Beləliklə digər şəxs həmin fotoları sosial şəbəkəyə yükləyə bilməyəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər