main-post-cover

    Facebook iOS istifadəçilərdən məlumatların yığılması üzrə icazə almağa başlayıb

    Sosial Media
    02.02.2021
    Farid Pardashunas
        Facebook bütün dünya üzrə Facebook və Instagram istifadəçi hesablarından məlumatların reklam targetinqi üçün istifadə icazəsini istəməyə başlayıb. Söhbət, iOS istifadəçilərindən gedir. Bu üsul ilə şirkət sübut etmək istəyir ki, hər şey heç də Apple tərəfindən göstərildiyi kimi pis deyil. Bu barədə Axios saytı xəbər verib. Əgər istifadəçilər reklam targetinqi üçün məlumatların yığılmasına icazə versələr, heç bir dəyişiklik olmayacaq və onlar əvvəlki kimi terget olunmuş reklamları görəcəklər.
        Reklam targetinqi üçün məlumatların yığılmasından imtinanın edilməsi halında isə reklamların aktuallığı daha aşağı düşəcək və daha personallaşdırılmış olacaqlar. Facebook tərəfindən bu testlər App Store-da konfidensiallıq siyasətinin dəyişilməsi fonunda aparılır. Belə ki, Apple şirkətinin yeni qaydalarına əsasən App Store-da olan tətbiqlərin tərtibatçıları öz istifadəçilərinə həmin tətbiqlərin hansı fərdi məlumatları yığdıqları barəsində məlumat verməlidirlər. Facebook dəfərlərlə bu yeni qaydaları sərt şəkildə tənqid edib.
        Belə ki, şirkətin fkrincə bu yeni qaydalar reklam targetinqinin keyfiyyətinə təsir göstərəcəklər. Dekabr ayında Facebook bildirmişdi ki, Apple şirkətinin bu yeni tələbi satışlar üçün reklam targetinqindən istifadə edən kiçik biznesə zərər vuracaq. Facebook tərəfindən olan bildiriş Apple şirkətinin bildirişindən öncə istifadəçiyə təqdim olunacaq. Facebook təmsilçilərinin fikirlərinə əsasən Apple tərəfindən ortaya çıxan bildiriş panika yarada biləcək tərzdə tərtib olunub. Sosial şəbəkə isə sübut etmək istəyir ki, bu heç də qorxunc bir şey deyil. Belə ki, istifadəçilərin məlumatları daha personallaşdırılmış reklamların yaradılmasına və targetinq reklamdan istifadə edən biznesin dəstəklənməsinə yardımçı olur. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər