main-post-cover

    Facebook ilk addımı atdı: Messenger ilə Instagram birləşdirilir

    Sosial Media
    15.08.2020
    Nijat Hamid
            Artıq 1 ildir haqqında söz-söhbət gəzən Facebook şirkətinin növbəti ciddi addımı həyata keçirilməyə başlanıb. Haqqında daha əvvəl də yazdığımız kimi Facebook şirkəti Whatsapp, InstagramFacebook Messenger-i birləşdirərək vahid mesajlaşma platformu yaratmaq istəyirdi. Reallaşacağı təxmin edilməsə də görünən odur ki, şirkət ilk mərhələyə keçid etdi. Facebook Messenger ilə Instagram-ın birləşdirilməsi yavaş-yavaş başladı.

    Dünəndən etibarən Amerikadakı bəzi istifadəçilər bu birləşməni ilk test edənlər oldu.

            Dünən etibarilə Instagram-a bir yenilənmə gəldi və Amerikadakı bəzi istifadəçilər yuxarıdakı şəkildə gördüyünüz bildiriş ilə qarşılaşdılar. Şəkildə göründüyü kimi bu yenilənmə məcburi deyil. Yəni istifadəçilər bu yenilənməni quraşdırmaya bilərlər. Həmçinin bildirişdə göründüyü kimi bu yenilik ilə artıq istifadəçilər söhbət çatlarını daha rəngli bir hala çevirə biləcəklər. Həmçinin daha çox emoji göstəriləcək, mesajlar sürüşdürülərək cavablana biləcək və Facebook-da olan insanlarla mesajlaşa biləcəklər.
            Əgər istifadəçi yenilənmənin yüklənməsinə icazə verərsə standart DM qutusunun ikonu Facebook Messenger-in ikonu ilə dəyişdirilir. Beləliklə istifadəçilər DM-ə girərək Facebook-dakı digər istifadəçilər ilə mesajlaşa biləcəklər. Lakin yeni bir istifadəçiyə mesaj yazmaq hələki mümkün deyil. Qısaca belədir ki, Instagram üzərindən hələlik yalnızca Messenger-də danışdığınız insanlara yaza biləcəksiniz. Qeyd edək ki, bütün istifadəçilər üçün nə vaxt aktivləşdiriləcəyi hələki bilinmir. Növbəti illərdə bu 2-liyə WhatsApp servisi də əlavə ediləcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər