main-post-cover

    Facebook hələ də WhatsApp-a reklam yerləşdirmək istəyir

    Sosial Media
    24.04.2020
    Nijat Hamid
            Aylar əvvəl Facebook-un WhatsApp-a reklam yerləşdirməyi planladığı xəbəri bütün internetdə gündəm olmuşdu. İstifadəçilər bunun olmasını istəmirdi. Bu tənqidlərin üzərinə Facebook bir daha bu haqda danışmadı. Lakin yenı çıxan xəbərlərə görə şirkət hələ də WhatsApp-a reklam yerləşdirməyi düşünür. Bu haqda Engadget platformuna danışan Facebook rəsmisi bu addımın Facebook-un yararına olacağını təsdiqlədi.

    Facebook, 2018-dən bəri WhatsApp-a reklam yerləşdirmək planını düşünür. Lakin dəqiq qərar hələ verilməyib.

            Facebook rəsmisinin dediklərinə görə reklamlar WhatsApp statuslarına yerləşdirilə bilər. Bu halda şirkət yüksək məbləğlərdə gəlir əldə edə bilər. Deyilənə görə Facebook şirkəti bunu WhatsApp ilə Facebook platformalarını birləşdirdikdən sonra etməyi düşünür. Bunun nə zaman olacağı bilinmir, lakin Facebook-da idarəçilərdən bəziləri bunun olacağı halında bir çox WhatsApp istifadəçisinin Facebook hesablarını bağlayacağını düşünür.
            The Information-a görə Facebook-un mesajlaşma servislərini birləşdirməsi uzun bir vaxt alacaq. Bu da bizə WhatsApp-a reklamların uzun müddət sonra gələcəyini göstərir. Qısaca indilik narahat olmalı bir səbəb yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər