main-post-cover

    Facebook Dark mode funksiyası Android'də artıq istifadəyə verilir

    Sosial Media
    26.11.2019
    Nijat Hamid
            Dark mode rejimi artıq mobil tətbiqlərin ən vacib funksiyalarından biri halını aldı. Artıq bir çox medya platformu öz tətbiqində Dark mode, yəni qaranlıq modu istifadəyə verib. Bu modun üstünlüyü həm insan gözünü daha az yorması, həm də Amoled ekranlı cihazlarda daha az batareya sərfiyyatına səbəb olmasıdır. Bu səfər isə nəhəng medya platformu Facebook bəzi istifadəçilər üçün Dark mode rejimini Android üzərindən istifadəyə verib.

    Reddit platformasında ortaya çıxan məlumatlara görə Facebook Dark mode funksiyasını bəzi istifadəçilər üçün aktivləşdirib. Bu test mərhələsinin nə vaxta qədər davam edəcəyi bilinmir.

            Bilinən məlumatlara əsasən Facebook qaranlıq rejim üçün bir neçə aydır ki, hazırlıqlar edir. Mobil tətbiqlərində mavi rənglər yerinə ağ rənglərə keçid edərək Dark mode-un gələcəyi xəbərini vermişdi. Çox güman ki, yaxın aylarda artıq Facebook-u Dark mode rejimi ilə işlədə biləcəyik.
    Linki kopyala