main-post-cover

    Facebook bütün irimiqyaslı tədbirlərini 2021-ci ilin iyun ayına kimi təxirə saldı

    Sosial Media
    16.04.2020
    Emil Nəcəfov
        Facebook şirkəti 50 nəfərdən çox insanın iştirakı nəzərdə tutulan bütün irimiqyaslı tədbirlərini 2021-ci ilin iyun ayına kimi təxirə salıb. Bunu Mark Zuckerberg elan edib. Buna baxmayaraq şirkət bəzi tədbirlərini online formatda keçirdəcək. Bu barədə Vc.ru saytı xəbər verib. Bundan əlavə olaraq Facebook öz əməkdaşlarına may ayının sonuna kimi evdən çalışmağa icazə verib. İstəyə uyğun olaraq əməkdaşlar sentyabr ayına kimi də evdən çalışa bilərlər.
        “Facebook-un bir çox əməkdaşlarının bəxtləri gətirib ki, onlar evdən çalışa bilirlər. Biz həmçinin bilirik ki, cəmiyyət tədricən izolyasiyadan çıxacaq. Buna görə də biz bu cür imkana sahib olmayan insanların ictimai resursları hamıdan əvvəl əldə etmələri üzrə məsuliyyət daşıyırıq. Mən ümid edirəm ki, bu, COVID-19-un yayılmasının qarşısını alacaq” - deyə Mark Zuckerberg qeyd edib. Bununla yanaşı şirkət bu ilin iyun ayına kimi bütün iş səfərlərini də təxirə salıb.
    Linki kopyala