Facebook'a istifadəçi üzü vasitəsilə autentifikasiya üsulu gəlir
Sosial Media
06.11.2019
Farid Pardashunas
Facebook şirkəti fake istifadəçi hesabları ilə mübarizə üçün yeni funksiya üzərində çalışır. Belə ki, sosial şəbəkə veb kamera vasitəsilə istifadəçi üzünün skan funksiyasını hazırlayır. Bu barədə Digger.ru saytı xəbər verib. Sözügedən funksiyanı tərtibatçı Jane Manchun Wong aşkar edib. O öz Twitter hesabında sözügedən yeni funksiyanın GIF animasiyasını paylaşıb. Daha sonra Facebook-un özü yeni funksiyanın möcvudluğunu təsdiqləyib. Sosial şəbəkə tərəfindən hazırlanmış yeni interfeys istifadəçidən öz üzünün müxtəlif bucaq altında çəkilməsini tələb edir.
Bu bir növ iPhone istifadəçisinin Face ID texnologiyasını ayarlamasına bənzəyir. Facebook-un verdiyi məlumata əsasən bu funksiya sosial şəbəkədə olan çoxlu sayda fake istifaçi hesabı və bot ilə mübarizə üçün lazımdır. Bununla belə şirkət onu da əlavə edib ki, bu yeni üsul istifadəçi üzünün skan texnologiyası deyil. Yeni üsul sadəcə olaraq istifadəçinin baş hərəkətlərini təyin edir və onun üzünün videoda olub-olmadığını yoxlayır. Şirkət qeyd edib ki, həmin məlumatları özündə saxlamayacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək