main-post-cover

    Ən çox konfidensial məlumat yığan servislərin reytinqi tərtib olunub

    Sosial Media
    11.05.2021
    Farid Pardashunas
        Apple sayəsində iOS istifadəçiləri bu və ya digər tətbiqin hansı konfidensial məlumatları yığdığını öyrənə biliblər. Phonearena saytının əməkdaşları bu üsulla əldə edilmiş məlumatarı analiz edərək hansı servisin daha çox konfidensial məlumat yığdığını təyin ediblər. Apple tərtibatçıları tərəfindən təqdim olunmuş məlumatların analiz olunması nəticəsində mütəxəssislər xüsusi reytinq tərtib ediblər. Həmin reytinqə 8 servis daxil olub. Reytinqdəki servislər yığılan konfidensial məlumatların say artımı üzrə sıralanıblar. Beləliklə reytinq belədir:
    1. Signal
    2. Skype
    3. Zoom
    4. Discord
    5. Telegram
    6. Whatsapp
    7. Facebook Messenger
    8. TikTok.
    Signal tərəfindən yığılan məlumatlar:
        Göründüyü kimi reytinqin birinci pilləsində ən təhlükəsiz messencer kimi bilinən Signal qərarlaşıb. Ondan istifadə etmək üçün sadəcə istifadəçinin telefon nömrəsi tələb olunur. Müqayisə üçün qeyd etmək lazımdır ki, artıq yetəri qədər məşhurlaşan Telegram istifadəçinin yerləşdiyi yeri, kontakt məlumatlarını, maliyyə məlumatlarını və s. digər məlumatlarını yığır. Ən ağır vəziyyət Facebook Messenger ilə bağlıdır. Onun yığdığı konfidensial məlumatlar aşağıdakı fotoda qeyd olunub.
    Facebook Messenger tərəfindən yığılan məlumatlar:
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər