main-post-cover

    Elon Musk Twitter üçün 2 yeni təsdiq ikonunu anons edib

    Sosial Media
    25.11.2022
    Farid Pardashunas
        Elon Musk Twitter-dəki təsdiq ikonları ilə bağlı yeni qərar verib. Belə ki, o, sosial şəbəkədəki təsdiq ikonunun saylarını artırmağı hədəfləyib. Qeyd etmək lazımdır ki, göy təsdiq ikonunu təqdim edən Twitter Blue abunəliyi bir neçə müddət bundan öncə müəyyən müddətlik deaktiv edilmişdi və qeyd edilmişdi ki, o, 29 noyabr tarixində yenidən aktivləşəcək. Lakin daha sonra Twitter Blue abunəliyinin bərpası bilinməyən müddətə kimi təxirə salındı. İndi isə məlumatda qeyd edilib ki, sözügedən abunəlik 2 dekabr tarixində yenidən işə düşəcək. Bununla yanaşı sosial şəbəkə daxilində göy rəngli təsdiq ikonundan əlavə 2 yeni təsdiq ikonu da olacaq.
        Onlardan biri qızılı, digəri isə boz rəngdə olacaq. Beləliklə göy rəngli təsdiq ikonu adi istifadəçilərin hesabları, boz rəngli təsdiq ikonu dövlət strukturuna daxil olan orqanların hesabları, qızılı rəngdə olacaq təsdiq ikonu isə şirkətlərin hesabları üçün nəzərdə tutulacaq. Bununla yanaşı Musk qeyd edib ki, göy rəngli təsdiq ikonunu ödəniş edəcək bütün istifadəçilər əldə edəcəklər. Bundan əlavə olaraq hesabları təsdiqlənmiş istifadəçilər çalışdıqları şirkətlərin loqolarını öz hesablarında yerləşdirə biləcəklər. Bununla yanaşı hesabların bu və ya digər təsdiq ikonunu əldə etmələrindən öncə həmin hesablar Twitter əməkdaşları tərəfindən fərdi şəkildə yoxlanılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər