main-post-cover

    Elon Musk Twitter-də köklü dəyişikliklərə start verib

    Sosial Media
    31.10.2022
    Farid Pardashunas
        Twitter-in alınmasından sonra Elon Musk sözügedən sosial şəbəkədə köklü dəyişikliklərin edilməsinə hədəflənib. Həmin dəyişikliklər barəsində The Verge saytı məlumat verib. Twitter-dəki istifadəçi hesablarının real insanlara məxsus olub-olmamaları məsələsinin sosial şəbəkənin keçmiş rəhbərliyi ilə Musk arasında böyük qalmaqala gətirib çıxartması səbəbilə düşünmək olar ki, Musk-ın sosial şəbəkə daxilində reallaşdırmağa hədəfləndiyi ilk köklü dəyişiklik istifadəçi hesablarının real insanlara məxsus olduqlarını təsdiq edəcək sistemin qurulması ilə bağlı olacaq. Bəzi məlumatlara əsasən istifadəçilər öz hesablarının Twitter-də təsdiqlənmələri (verification) üçün aylıq ödəniş etməli olacaqlar. Məlumatda qeyd edilib ki, Musk istifadəçi hesablarının pulsuz şəkildə təsdiqlənməsi prosesini ləğv etməyi planlaşdırır.
        Öz hesablarını təsdiqlənmiş şəkildə saxlamaq istəyən istifadəçiləri Musk Twitter Blue adlı abunəliyə qoşulmağa məcbur etmək istəyir. Qeyd etmək lazımdır ki, Twitter Blue aylıq 4.99$ ödəniş müqabilində istifadəçilərə əlavə funksiyaları təqdim edir. Bu məlumat rəsmi olaraq təsdiqlənməsə də Musk sözügedən məsələ ilə bağlı növbəti fikri səsləndirib: “Bütün təsdiqlənmə prosesi hal hazırda dəyişikliklərə məruz qalır”. Məlumata əsasən istifadəçi hesablarının təsdiqlənmiş şəkildə qorunub saxlanmaları üçün istifadəçilərin ödənişli aylıq abunəlik sisteminə keçid etmələri variantı sadəcə olaraq nəzərdən keçirilir və bu cür dəyişiklikdən Twitter-in yeni rəhbərliyi nəticədə imtina edə bilər. Bununla yanaşı The Verge saytı qeyd edib ki, Musk sosial şəbəkənin əməkdaşlarına 7 noyabr tarixinə kimi yeni verification proqramının hazırlanması tapşırığını verib. Yeni verification proqramına əsasən ilkin təsdiqlənmədən keçmiş hesabın sahibinin ödənişli aylıq abunəlik sisteminə keçidi üçün 90 gün vaxt veriləcək. 90 günün sonunda istifadəçi ödənişli aylıq abunəlik sisteminə keçid etmədiyi halda onun istifadəçi hesabının təsdiqi ləğv ediləcək.
        Qeyd etmək lazımdır ki, bu o demək deyil ki, 90 günün sonunda istifadəçi öz hesabından istifadə edə biməyəcək. Sadəcə olaraq istifadəçi hesabı verification ikonunu itirəcək. Həmçinin Twitter Blue abunəlik sisteminin aylıq haqqının 19.99$-a kimi yüksəldilməsi müzakirə edilir. Məlumatda qeyd edilib ki, bu köklü dəyişikliklərin reallaşdırılmasından cavabdeh olan şirkət əməkdaşlarına sözün əsl mənasında ultimatum verilib. Əgər onlar yeni funksiyaları 7 noyabr tarixinə kimi reallaşdırmasalar, şirkətdən ayrılmalı olacaqlar. Twitter-in ana səhifəsində bundan sonra ən məşhur tweet-lər əks olunacaqlar. Söhbət, sosial şəbəkənin giriş və qeydiyyat bölmələrinin əks olunduqları ana səhifəsindən gedir. Sonda isə qeyd edilib ki, Musk Twitter-i ictimai şirkətdən özəl şirkətə çevirmək istəyir. Bunun üçün o, Nyu York birjasında Twitter-in delistinqini reallaşdırmalı olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər