main-post-cover

    Elon Musk: '2024-cü ilə kimi Twitter-in aylıq istifadəçi kütləsi 1 milyard insan təşkil edəcək'

    Sosial Media
    28.11.2022
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə Twitter-in yeni sahibi olmuş Elon Musk-ın proqnozlarına əsasən sosial şəbəkə tədricən öz istifadəçi kütləsini artırmağa başlayacaq. Onun sözlərinə əsasən yeni funksiyalara və imkanlara sahib olacaq Twitter 2.0-da yaxın 12-18 ay ərzində aylıq istifadəçi kütləsi 1 milyard insan təşkil edəcək. Məlumata əsasən bu ilin ikinci rübündə sosial şəbəkənin istifadəçi kütləsi 238 milyon insan təşkil etmişdi. Bununla belə son zamanlarda Twitter-də yeni istifadəçilərin sayı bir xeyli artıb.
        Bundan əlavə olaraq Musk qeyd edib ki, sosial şəbəkə daxilində nifrət xarakterli paylaşımların sayı da azalıb. Reuters saytının materiallarından birinə əsasən hal hazırda Twitter özünün ən aktiv istifadəçilərini itirməkdə davam edir. Həmin istifadəçilər sosial şəbəkənin ümumi istifadəçi kütləsinin 10%-ni təşkil etsələr də, tweet-lərin 90%-i məhz onlar tərəfindən paylaşılır və şirkətin qlobal gəlirləri onların hesablarına təmin edilir. Musk-ın sözlərinə əsasən Twitter 2.0 bir çox yeni funksiyanı əldə edəcək. Onların arasında mesajların end-to-end şifrələnməsi, uzun paylaşımlar və sosial şəbəkə daxilində ödənişlər sistemi olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər