Despacito ikinci yerdə: Youtube-da ən çox baxış sayına sahib videonun adı açıqlanıb
Sosial Media
03.11.2020
Farid Pardashunas
Məşhur Youtube videoservisi ən çox baxılan videoların yenilənmiş reytinqini təqdim edib. İndiyənə kimi Youtube-da ən çox baxılmış video Despacito mahnısının klipi idi. Lakin koronavirus pandemiyası ən çox baxılan videoların reytinqinə dəyişikliklər edib. Nəticədə Despacito mahnısının klipi reytinqdə ikinci pilləyə düşüb. Bu barədə The Verge saytı xəbər verib.
Beləliklə Youtube-un rəsmi statistikasına əsasən hal hazırda ən çox baxılan videolar reytinqinin birinci yerini PinkFong studiyasının Baby Shark mahnısının klipi tutur. Bu videonun baxış sayı 7.043 milyarddır. İkinci yerdə Despacito mahnısı tutur. Reytinqin növbəti pillələri belədir: Ed Sheeran-ın “Shape of You” mahnısı (5.05 milyard baxış), Wiz Khalifa-nın “See You Again” mahnısı (4.8 milyard baxış), Mark Ronson-un “Uptown Funk” mahnısı (3.99 milyard baxış), PSY-ın “Gangnam Style” mahnısı (3.3 milyard baxış).
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)