main-post-cover

    Çatdakı mesajların fərdi silinməsinə son: Whatsapp-a çoxdan gözlənilən funksiya gəlib

    Sosial Media
    06.11.2020
    Emil Nəcəfov
        Çox zaman istifadəçilər messencerlərdəki çatlarda göndərdikləri vacib olmayan mesajları fərdi şəkildə silməli olurlar. Whatsapp-ın yeni funksiyası isə bu problemi aradan qaldırmaq üçün nəzərdə tutulub. Belə ki, həmin yeni funksiya sayəsində göndərilən mesajlar avtomatik olaraq silinəcəklər. Bu barədə Slashgear saytı xəbər verib. Söhbət, Disappearing Messages rejimindən gedir. Bu rejimin aktivləşdirilməsindən sonra çatda göndərilən bütün mesajlar 7 gündən sonra avtomatik olaraq silinəcəklər.
        Məlumata əsasən əgər göndərilmiş mesajı oxumuş şəxsdə bu rejim aktivləşdirilməyibsə göndərilmiş mesaj silinməyəcək. Bundan əlavə olaraq qrup çatlarındakı mesajların avtomatik silinməsi funksiyasını yalnız qrup adminləri aktivləşdirə bilərlər. Bundan əlavə olaraq avtomatik silinməsi planlaşdırılan hansısa mesaja reply olunsa həmin reply mesaj da olduğu kimi qalacaq. Sözügedən yeni funksiya artıq bir sıra regionlarda aktivləşdirilib bu ayın sonuna kimi dünyadakı bütün Whatsapp istifadəçiləri üçün təqdim olunacaq.
    Linki kopyala