main-post-cover

    ByteDance şirkətinin keçmiş əməkdaşı TikTok-un qanunsuz fəaliyyətindən danışıb

    Sosial Media
    15.05.2023
    Farid Pardashunas
        TikTok-un sahibi ByteDance şirkətinin 2018-ci ildə işdən azad edilmiş keçmiş əməkdaşı məhkəmə iddiasında bildirib ki, Çin Kommunist Partiyasının şirkət daxilində özəl ofisi var və həmin ofis sosial şəbəkədəki bütün məlumatları əldə etmək imkanına sahibdir. Söhbət, hətta amerikalı TikTok istifadəçilərinin özəl məlumatlarının ABŞ-da lokallaşdırılmasından sonra da sosial şəbəkənin sistemində qalmış backdoor-dan (alqoritmə bilərəkdən inteqrasiya edilən və məlumatları əldə etməyə imkan verən sistem defekti) gedir. Bununla yanaşı ByteDance-in keçmiş əməkdaşı bildirib ki, TikTok administrasiyası istifadəçilərin sosial şəbəkəyə maraqlarını artırmaq üçün digər platformalardan kontent oğurluğunu da reallaşdırıb və üstəlik kontent yaradıcılarının paylaşımlarındakı baxış ilə bəyənmə saylarını süni şəkildə artırıb.
        Kaliforniya ştatında qaldırılmış məhkəmə iddiasında ByteDance şirkətinin Yintao Yu adlı keçmiş əməkdaşı qeyd edib ki, o, TikTok-un ABŞ üzrə baş mühəndisi vəzifəsində çalışıb. Onun sözlərinə əsasən o, şirkət rəhbərliyinə qeyri-qanuni fəaliyyət barəsində şikayət edəndən sonra onu işdən azad ediblər. Yintao Yu öz növbəsində şirkətin InstagramSnapchat kimi digər platformalardan kontent oğurlamasından, kontent yaradıcılarının paylaşımlarının statistikalarını yüksəltmək üçün saxta istifadəçi hesablarının yaradılmasından və təbliğat xarakterli materialların sosial şəbəkə daxilində yayılması üçün Çin Kommunist Partiyasına yardımçı etməsindən narahatlıq duyub. Lakin ByteDance keçmiş əməkdaşının bu narahatlıqlarına elə də ciddi yanaşmayıb.
        Bununla yanaşı Yintao Yu bildirib ki, TikTok-un rəhbəri ABŞ Konqressində çıxış edən zaman yalnış məlumatlar təqdim edib. Belə ki, şirkətin keçmiş əməkdaşının sözlərinə əsasən Çin Kommunist Partiyası amerikalı istifadəçilərin məlumatlarınınn əldə olunması üçün nəzərdə tutulmuş backdoor-u sosial şəbəkənin sistemində qoruyub saxlayıb. Məlumatda qeyd edilib ki, ByteDance şirkətinin digər əməkdaşları Pekinə tabe olan komitənin rolundan və həmin komitəyə daxil olan üzvlərin şirkət əməkdaşları olmadıqlarından xəbərdardırlar. Şirkət daxilində fəaliyyət göstərən bu komitə TikTiok-un bütün istifadəçilərinin məlumatlarını əldə edə bilmək imkanına sahibdir.
        Yintao Yu TikTok-da 2017-ci ilə işə başlayıb və həmin ildə öyrənib ki, şirkət uzun illər ərzində külli miqdarda gəlirin əldə edilməsi üçün müəllif hüquqları vasitəsilə qorunan digər materialların oğurlanması ilə məşğul olub. Şirkət daxilində olan hansısa tətbiq mövcud olmayan istifadəçiləri qeydiyyatdan keçirib və həmin istifadəçi hesabları real insanların paylaşımlarını bəyənib və hesablarına abunə olublar. Bu üsul ilə şirkət kontent yaradıcılarının statistikalarını süni şəkildə yüksəldərək öz sosial şəbəkəsinə yeni istifadəçiləri cəlb etməyə çalışıb. Məlumatda qeyd edilib ki, Yintao Yu daha öncə Tank Exchange adlı şirkətə sahib olub. ByteDance isə onun şirkətinin intellektual mülkiyyəti üçün 600 000$ vəsait ödəyəcəyinə söz verib. Əsas şərtlərdən biri də o olub ki, Yintao şirkət daxilində 2 il çalışmalıdır. Lakin Yintao 2018-ci ildə işdən azad edilib. Nəticədə o, ByteDance şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər