main-post-cover

    ByteDance şirkəti TikTok üzərində idarəetməni 10 milyard dollardan baha qiymətə sata bilər

    Sosial Media
    25.12.2019
    Farid Pardashunas
        Çinin ByteDance şirkəti məşhur TikTok sosial şəbəkəsinin idarəetmə paketini satmağı planlaşdırır. Bunun baş verəcəyi halda TikTok-un idarəetmə paketinin qiyməti 10 milyard dollardan bir qədər yüksək ola bilər. Bu barədə Bloomberg saytı xəbər verib. Bunun əsas səbəbi isə ABŞ hökuməit tərəfindən sosial şəbəkəyə olan iddialardır. Belə ki, TikTok servisi dəfələrlə amerikalı istifadəçilərin konfidensial məlumatlarının əldə olunaraq Çinin xüsusi dövlət orqanlarına ötürülməsində günahlandırılıb.
        ABŞ hökuməti bildirib ki, sözügedən servis ölkənin milli təhlükəsizliyi üçün böyük təhlükə mənbəyidir və bu məsələdə TikTok-a qarşı istintaq aparmaq lazımdır. Nəticədə keçən y ABŞ-ın xarici investisiyalar üzrə komitəsi ByteDance şirkətinin vaxtı ikən Musical.ly servisini alması barəsində istintaqa start verdi. Qeyd etmək lazımdır ki, həmin müqavilənin bağlanmasından sonra Musical-ly servisi TikTok-a çevrildi.
        Mənbələrdən birinin verdiyi məlumata əsaəsn bu halda mümkün olan variantlardan biri də TikTok servisinin majoritar hissəsinin investorlara satılmasıdır. Həmin invesstorlar siyahısında SoftBank Group, Sequoia Capital Susquehanna International Group kimi şirkətlər var. Bundan əlavə olaraq ByteDance ABŞ-ın nizamlayıcı orqanlarından qorunmaq üçün hüquqşünaslara müraciət variantını da nəzərdən keçirdir. Bütün bunlara baxmayaraq yekun qərar hələ qəbul olunmayıb. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər