Bundan sonra Instagram üçün AR filtrləri istəninlən şəxs yarada biləcək

TEXNOLOGİYA


14.08.2019 0 PAYLAŞIM 76 OXUNMA


    Facebook şirkəti Instagram istifadəçilərinin öz AR effektlərini yarada biləcəkləri imkanını hələ bu ilin yaz fəslində keçirilmiş F8 tədbirində anons etmişdi. Lakin həmin vaxtda digər maraqlı anonslar olduğundan bu özəllik o qədər də böyük diqqəti cəlb etmədi və unuduldu. Buna görə də Spark AR tətbiqi bir sıra bağlı beta test istifadəçilərinə təqdim olundu. İndi isə bu tətbiq bağlı beta test mərhələsindən çxaraq hamı üçün aktiv olub.


    Bu barədə Gagadget saytı xəbər verib. Instagram-da istifadəçi filtrlərini tapmaq üçün sadəcə olaraq filtrlər bölməsinə daxil olub ən sona enmək lazımdır. Sonda isə “Əlavə filtrlərə baxmaq” hissəsinə klik etmək lazımdır. İstifadəçi Spark AR Studio tətbiqini macOS və ya Windows əməliyyat sisteminə yükləyərək öz AR filtrlərini yarada bilər. Şirkətin verdiyi məlumata əsasən fərdi şəkildə filtrlərin yaradılması heç də çətin deyil.

    Filtri yaratmış şəxsin abunəçiləri yeni filtr görəndən sonra həmin filtri öz Stories paylaşımlarında qeyd edə bilərlər. Filtri öz Stories paylaşımında qeyd etmiş istifadəçilərin abunəçiləri də eyni şeyi edə bilərlər. Beləliklə onlar bu və ya digər filtri Instagram servisində məşhurlaşdıra bilərlər. Filtrin aşağı hissəsində isə balaca tag vasitəsilə filtrin müəllifi qeyd olunacaq.