main-post-cover

    Bir vaxtlar məşhur olmuş Vine servisi byte adı ilə tamamilə yeni formatda geri qayıdır

    Sosial Media
    25.01.2020
    Emil Nəcəfov
        2013-cü ildə istifadəyə verilmiş Vine tətbiqi istifadəçilər arasında çox məşhurlaşdı və qısa videolar janrını yaratdı. Beləliklə sözügedən platforma dünyaya çoxlu sayda videobloqqer bəxş etdi. Lakin 3 ildən sonra servis Youtube, Instagram, Snapchat və digər platformalar ilə rəqabət apara bilməyərək uğursuzluqla üzləşdi. İndi isə bir vaxtlar Vine servisinin həmtəsisçisi olmuş Dom Hofmann servisin davamçısı olan byte platformasının istifadəyə verildiyini elan etdi.
        Bu barədə Engadget saytı xəbər verib. Vine servisi kimi byte da 6 saniyəlik qısa videoların yaradılması imkanını verir. Uzunmüddətli perspektivdə byte tərtibatçıları kontent yaradıcılarına müəyyən məbləğlər ödəmə imkanını verəcək əməkdaşlıq proqramını da işə salacaqlarını söz veriblər. Yeni mobil tətbiq artıq Google PlayApp Store online mağazalarında aktivdir. Həmin tətbiqi yükləyərək Google Apple ID istifadəçi hesabları vasitəsilə orda qeydiyyatdan keçmək olar.
    Linki kopyala