Bir vaxtlar məşhur olmuş Vine servisi byte adı ilə tamamilə yeni formatda geri qayıdır

Bir vaxtlar məşhur olmuş Vine servisi byte adı ilə tamamilə yeni formatda geri qayıdır

Sosyal Medya
26.01.2020 PAYLAŞIM

    2013-cü ildə istifadəyə verilmiş Vine tətbiqi istifadəçilər arasında çox məşhurlaşdı və qısa videolar janrını yaratdı. Beləliklə sözügedən platforma dünyaya çoxlu sayda videobloqqer bəxş etdi. Lakin 3 ildən sonra servis Youtube, Instagram, Snapchat və digər platformalar ilə rəqabət apara bilməyərək uğursuzluqla üzləşdi. İndi isə bir vaxtlar Vine servisinin həmtəsisçisi olmuş Dom Hofmann servisin davamçısı olan byte platformasının istifadəyə verildiyini elan etdi.

    Bu barədə Engadget saytı xəbər verib. Vine servisi kimi byte da 6 saniyəlik qısa videoların yaradılması imkanını verir. Uzunmüddətli perspektivdə byte tərtibatçıları kontent yaradıcılarına müəyyən məbləğlər ödəmə imkanını verəcək əməkdaşlıq proqramını da işə salacaqlarını söz veriblər. Yeni mobil tətbiq artıq Google PlayApp Store online mağazalarında aktivdir. Həmin tətbiqi yükləyərək Google Apple ID istifadəçi hesabları vasitəsilə orda qeydiyyatdan keçmək olar.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Səsli mesajlardan pul qazanmaq olacaq: Facebook yeni tətbiq üzərində çalışır..

Facebook şirkəti sosial şəbəkə istifadəçiləri üçün Pronunciations adlı tətbiqin işə salınmasını plan..


Azercell ADA Universitetinin təqaüd proqramına dəstək olur

Azərbaycanda informasiya-kommunikasiya texnologiyarının inkişafına daima töhfə verən Azercell şirkət..


İlk Novruz hədiyyəniz Azercell-dən olsun!

Telekommunikasiya sahəsində hər zaman istifadəçilərinə rəngarəng həllər təqdim edən “Azercell Teleko..


Whatsapp istifadəçilərinin məlumatları açıq mənbə kimi Google-da ortaya çıxıblar..

Bu ayın ortasında Whatsapp messencerinin ümumi istifadəçi kütləsi 2 milyardı keçdi. Bu qədər sayda i..


Azercell transformasiya ilinin nəticələrini açıqladı

2019-cu ilin hesabat konfransında lider mobil operator texnoloji uğurları və gələcək perspektivləri ..


Növbəti məhkəmə iddiası: Facebook şirkəti vergidən yayınmaq üzrə günahlandırılır..

ABŞ-ın vergi idarəsi (IRS) San Fransiskoda Facebook şirkətinə qarşı məhkəmə iddiası qaldırıb...