main-post-cover

    Bildirişlərin həmişəlik deaktiv edilməsi: Whatsapp-a yeni faydalı funksiyalar əlavə ediləcək

    Sosial Media
    02.10.2020
    Emil Nəcəfov
        Məşhur Whatsapp messenceri yaxın zamanda yeni özəlliklər əldə edəcək. Messencerin Android üçün nəzərdə tutulmuş beta versiyasında sözügedən yeniliklər artıq stifadəyə verilib. Whatsapp-ın stabil versiyasında həmin funksiyaların yaxın zamanda istifadəyə verilməsi gözlənilir. Qıcıqlandıran çatlardan olan bildirişlərin həmişəlik deaktiv edilməsi ilə yanaşı Whatsapp-ın yeni versiyası faylların təmizlənməsi üzrə daha yaxşılaşdırılmış sistemi və Instagram-ın faydalı media funksiyalarından birini əldə edəcək. Bu barədə Gizmochina saytı xəbər verib. Messencerin əldə edəcəyi ilk yeni funksiyalardan biri də qıcıqlandırıcı çatlardan olan bildirişlərin həmişəlik deaktiv olunması özəlliyidir.
        Hal hazırda bildirişləri 8 gün, 1 həftə və ya 1 il müddətinə deakiv etmək mümkündür. Bununla yanaşı mesencer istifadəçiləri öz smartfonlarındakı Gallery tətbiqində olan Whatsapp qovluğundakı multimedia fayllarını sıralaya və lazım gəldikdə həmin qovluğu sürətli şəkildə təmizləyə biləcəklər. Android üçün olan Whatsapp Beta v2.20.201.10 versiyasında multimediadan istifadə üzrə məsləhət bölməsi əlavə edilib. Onun sayəsində Instagram-da olduğu kimi fotoların, videoların və GIF animasiyaların redaktə olunması zamanı stikerlər ilə mətnləri tarazlamaq mümkündür. Bütün bu funksiyaların stabil Whatsapp versiyasına əlavə ediləcəkləri tarix daha sonra elan olunacaq.
    Linki kopyala