'Azercell Telekom' MMC-nin 'Mobil Diş Klinikası' hesabatını açıqladı

'Azercell Telekom' MMC-nin 'Mobil Diş Klinikası' hesabatını açıqladı

Sosyal Medya
15.01.2020 PAYLAŞIM

    “Azercell Telekom” MMC-nin uğurla fəaliyyət göstərən “Mobil Diş Klinikası” 2019-cu ildə gördüyü işlərlə bağlı yekun hesabatını açıqlayıb. Klinikanın həkimləri Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə, eyni zamanda rayonlarımıza səfər edib, minlərlə ehtiyacı olan insana yardım ediblər. 2019-cu ildə həkim baxışına ehtiyacı olan 507 nəfər müayinə, 546 nəfər isə müalicə olunub. 

    Azərbaycandakı əksər uşaq evlərinin stomatoloji kabinetinin olmadığını nəzərə alan Azercell “Mobil Diş Klinikasını” ən müasir tibbi avadanlıqla təchiz edib. Şirkət yalnız Bakıda deyil, respublikanın regionlarında da yaşayan bütün kimsəsiz uşaqlara yardım etməyi hədəfləyib. 

    Qeyd edək ki, bu klinikanın bütün tədbirləri "Azercell Telekom" MMC-nin dəstəyi ilə "Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi illər ərzində layihə çərçivəsində minlərlə insan “Mobil Diş Klinikasının” həkimləri tərəfindən müayinə edilib və ehtiyac olduğu təqdirdə müalicə alıb.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Səsli mesajlardan pul qazanmaq olacaq: Facebook yeni tətbiq üzərində çalışır..

Facebook şirkəti sosial şəbəkə istifadəçiləri üçün Pronunciations adlı tətbiqin işə salınmasını plan..


Azercell ADA Universitetinin təqaüd proqramına dəstək olur

Azərbaycanda informasiya-kommunikasiya texnologiyarının inkişafına daima töhfə verən Azercell şirkət..


İlk Novruz hədiyyəniz Azercell-dən olsun!

Telekommunikasiya sahəsində hər zaman istifadəçilərinə rəngarəng həllər təqdim edən “Azercell Teleko..


Whatsapp istifadəçilərinin məlumatları açıq mənbə kimi Google-da ortaya çıxıblar..

Bu ayın ortasında Whatsapp messencerinin ümumi istifadəçi kütləsi 2 milyardı keçdi. Bu qədər sayda i..


Azercell transformasiya ilinin nəticələrini açıqladı

2019-cu ilin hesabat konfransında lider mobil operator texnoloji uğurları və gələcək perspektivləri ..


Növbəti məhkəmə iddiası: Facebook şirkəti vergidən yayınmaq üzrə günahlandırılır..

ABŞ-ın vergi idarəsi (IRS) San Fransiskoda Facebook şirkətinə qarşı məhkəmə iddiası qaldırıb...