Azercell-in Rəqəmsal Dünyası Azərbaycanın şimal bölgəsində

Azercell-in Rəqəmsal Dünyası Azərbaycanın şimal bölgəsində

Sosyal Medya
07.08.2019 PAYLAŞIM

    Hər zaman maraqlı təşəbbüsləri və layihələri ilə fərqlənən Azərbaycanın ilk 4G xidməti təminatçısı “Azercell Telekom” MMC-nin respublikamızın şimal bölgəsinə təşkil olunan səfəri uğurla baş tutub. “Rəqəmsal Dünya bölgələrdə” adlı layihəsi çərçivəsində Quba, Xaçmaz və Qusarda 20 minə yaxın insanı bir araya toplayan ölkənin telekommunikasiya sahəsinin lideri Azercell həm əyləncəli, maarifləndirici, həm də sosial tədbirləri bir səfərdə cəmləyib. Şirkət tərəfindən bölgə sakinlərinə yenilənmiş rəqəmsal məhsullar, mobil cihazların texniki imkanları vasitəsilə xidmətlərin əlçatanlığı nümayiş olunub. Tədbir iştirakçıları virtual reallıq oyunlarında öz güclərini sınayıb, intellektual və əyləncəli oyunlara, müsabiqələrə qatılıb, hədiyyələr qazanıb.


    Eyni zamanda, bölgələrə təşkil olunan səfərlərə Azercell-in “Mobil Diş" və “Mobil Göz" klinikaları da qoşulub. 3 avqust tarixində Quba şəhər valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbində Azercell-in mobil klinikaları 30-a yaxın uşağı müayinə edib. Azercell internat məktəbinin şagirdlərinə məktəb ləvazimatları hədiyyə edib. Daha sonra klinikalar Qubanın mərkəzində aztəminatlı ailələri və ahılları da müayinədən keçirib. Məlumat üçün bildirək ki, yarandığı andan Azercell-in “Mobil Göz Klinikası”nın xidmətlərindən 6500-dən çox, “Mobil Diş Klinikası”nın xidmətlərindən isə 4000-dən çox şəxs yararlanıb.


    Fəaliyyətinin rəqəmsal dövrünə qədəm qoyan Azercell-in ölkənin texnologiyalar aləminə inteqrasiyasını sürətləndirmək üçün ölkəboyu 4G şəbəkəsinin gücləndirilməsi və genişləndirilməsinə son yarım ildə yatırdığı sərmayənin məbləği 63 milyon manata çatıb. Ümumilikdə, Bakı və Abşeron da daxil olmaqla, ölkənin 57 bölgəsi 4G şəbəkəsinin əhatə dairəsindədir. Təkcə Quba, Qusar və Xaçmaz bölgəsində 70-ə yaxın LTE stansiyası əhalini yüksək-sürətli internetlə təmin etməkdədir. Son yarımildə şirkət əhali əhatəsi dairəsində 86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% yüksəlişə nail olub. Həmçinin günlük LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək artım qeydə alınıb. Məlumat üçün bildirək ki, müasir dövrdə istifadəçilərin artan tələblərini qarşılamaq və yeni bağlantı erasına ölkəni hazır etmək şirkətin prioritet sahələrindəndir.

    Avqust ayında Azercell-in Rəqəmsal Dünyasını öz bölgənizdə gözləyin!




SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Facebook geri addım atdı:WhatsApp-da reklam göstərmək fikrindən imtina edildi..

Dünya nəhəngi Facebook, bir müddət əvvəl WhatsApp-da reklam göstərmək istəyirdi. Lakin bu gün çıxan ..


'Azercell Telekom' MMC-nin 'Mobil Diş Klinikası' hesabatını açıqladı

“Azercell Telekom” MMC-nin uğurla fəaliyyət göstərən “Mobil Diş Klinikası” 2019-cu ildə gördüyü işlə..


Instagram mesajlarını web üzərindən cavablamaq olacaq

İnstagram istifadəçilərin tələblərini nəzərə alaraq artıq web sayt üzərindən də mesajları cavablamağ..


Facebook-un veb versiyasının yeni dizaynı test edilir

Keçən ilin may ayında Facebook şirkəti öz sosial şəbəkəsində böyük dizayn dəyişikliyini anons etmişd..


Azercell-in dəstəyi ilə fəaliyyət göstərən 'Uşaq Qaynar Xətt' xidmətinə 2019-cu ..

Fəaliyyət dövrü ərzində daima sosial layihələr həyata keçirən Azərbaycanın lider mobil operatoru “Az..


İnnovativ "Mobil Ödəmə" xidməti artıq Azərbaycanda!

Əlverişli xidmət Azercell Telekom tərəfindən PAŞA Bank və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar..