Azercell-in 'Mobil Göz Klinikası'nın yeni səfərləri

Azercell-in 'Mobil Göz Klinikası'nın yeni səfərləri

Sosyal Medya
08.11.2019 PAYLAŞIM

    Müasir texnologiyalar və effektiv həllərin tətbiqi vasitəsilə insan həyatını asanlaşdırmağı hədəfləyən “Azercell Telekom” MMC ödənişsiz göz müayinələrinin təşkilini davam etdirir. Azercell-in “Mobil Göz Klinikası” oktyabr ayı ərzində Bakı şəhəri, 2 N-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin Həzi Aslanov və Nəsimi filiallarının şagirdlərini müayinədən keçirib. Klinikanın Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə təşkil edilən səfəri zamanı isə aztəminatlı ailələrdən olan uşaqlara və sağlamlıq imkanları məhdud körpələrə tibbi yardım göstərilib. Beləliklə, oktyabr ayı ərzində 100-ə yaxın uşaq klinikanın təşkil etdiyi müayinələrdən yararlanıb.

    2011-ci il iyun ayının 1-də “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”ndə fəaliyyətə başlayan Azercell-in “Mobil Göz Klinikası” ən müasir tibbi avadanlıqla təchiz edilib. Valideyn himayəsindən məhrum uşaqlarda göz xəstəliklərinin müayinəsinin təşkilini və profilaktikasının aparılmasını təmin etmək məqsədilə yaradılan klinikanın xidmətlərindən eyni zamanda ahıllar, aztəminatlı ailələr və məcburi köçkünlər də yararlanır.

    Qeyd edək ki, bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir. 



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Facebook şirkəti memlərin yaradılması üçün nəzərdə tutulmuş Whale adlı tətbiqi i..

Facebook şirkəti internet memlərin yaradılması üçün nəzərdə tutulmuş Whale adlı təcrübi tətbiqi isti..


Ən çox yüklənən 3'cü tətbiq: TikTok 1.5 milyardı keçdi

Son aylarda hər kəsin istifadə etdiyi TikTok medya platforması 1.5 milyard yüklənmə sayını keçdi. Ar..


Azercell-in Rominqi millər qazandırır!

Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmaq üçün “Azercell Telekom” MMC öz xidmətlərini təkmil..


Barama-nın yeni akselerasiya proqramı başlayır

Startap inkişafını sürətləndirməyi hədəfləyən Barama İnnovasiya və Sahibkarlıq mərkəzi beynəlxalq və..


Facebook özündə Instagram'ın vacib özəlliyini test edir

Facebook özündə "Məşhur fotolar" bölməsi yaradaraq Instagram-ın bəzi elementlərini kopyala..


Azercell-in dəstəyi ilə sayca beşinci Uşaq Paralimpiya Oyunları keçirilib

“Azercell Telekom” MMC, UNİCEF-in Azərbaycan nümayəndəliyi, BP və Toyota şirkətlərinin dəstəyi, Azər..