Azercell-in 'Mobil Diş Klinikası ödənişsiz müayinələrin təşkilini davam etdirir

Azercell-in 'Mobil Diş Klinikası ödənişsiz müayinələrin təşkilini davam etdirir

Sosyal Medya
03.11.2019 PAYLAŞIM

    Ölkənin rəqəmsal həllər təqdim edən lider operatoru “Azercell Telekom” MMC həm də Korporativ Sosial Məsuliyyət proqramlarının daimi təşəbbüskarı və iştirakçısı kimi tanınır. “Mobil Diş Klinikası” şirkətin sosial əhəmiyyət daşıyan layihələrindən biridir. Fəaliyyəti boyunca 4 mindən çox insana yardım etmiş klinika oktyabr ayında Qaradağ rayonu, Sahil qəsəbəsinə səfər edib. Bir ay davam edən müayinə və müalicə tədbirlərindən aztəminatlı və məcburi köçkün ailələrindən olan uşaqlar, habelə sağlamlıq imkanları məhdud körpələr yararlanıb. Ümumilikdə 118 uşağa tibbi yardım göstərilib.

    Azərbaycandakı əksər uşaq evlərində stomatoloji kabinetin olmamasını nəzərə alan “Azercell Telekom” MMC “Mobil Diş Klinikası”nı ən müasir tibbi avadanlıqla təchiz edib. Klinikanın əsas hədəfi internat məktəblərinin şagirdlərini, valideyn himayəsindən məhrum uşaqları və qaçqın düşərgələrində məskunlaşmış körpələri müayinə və müalicə etməkdir.

    Qeyd edək ki, bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Instagram-a yaş qadağası gəldi: 13 yaşdan kiçiklər istifadə edə bilməyəcək..

Instagram yeni qaydalara əsasən 13 yaş limitini tətbiq etməyə başladı. 13 yaşından kiçiklər artıq İn..


50%-DƏK ENDİRİMLƏR, ƏYLƏNCƏLİ KONSERT, MARAQLI HƏDİYYƏLƏR – KONTAKT HOME-UN BU M..

6 dekabr saat 20:00-da Kontakt Home-un “Azadlıq Metrosu” mağazasının rəsmi açılış gecəsinə ailənizlə..



Azercell Bakutel çərçivəsində yeni əməkdaşlıqlara imza atdı

Davamlı texnoloji inkişaf üçün yeni imkanlardan faydalanaraq Bakutel-2019 Telekommunikasiya sərgisi ..


Rusiya öz Wikipedia-sını açır: Böyük Rus Ensiklopediyası

Rusiya dövləti öz vətəndaşlarına Wikipedia-nın təhlükəli və yalan məlumatlarla dolu olduğunu deyir. ..


Apple şirkəti bu il iPhone istifadəçiləri arasında məşhur olmuş tətbiqlərin reyt..

Apple şirkəti iOS istifadəçilərinin ən çox yüklədiklləri tətbiqlərin reytinqini tərtib edib...


Azercell ilə limitsiz WhatsApp yazışmaları!

Ölkədə texnoloji innovasiyaların təminatçısı kimi tanınan və əhalinin əksəriyyətinin seçimi olan “Az..