main-post-cover

    Artıq dünyanın ən varlı adamı Bill Gates deyil

    Sosial Media
    27.07.2017
    Farid Pardashunas

    ABŞ-ın ən böyük alış-veriş platforması Amazon-un təsisçisi Jeff Bezos, dünyanın ən varlı şəxsi oldu.

    Bunu, Forbes Bloomberg reytinqləri təsdiqləyiblər. Forbes-a əsasən Jeff Bezos-un var-dövləti, 90.2 milyard dollar, Bill Gates-in var-dövləti isə 90 milyard dollar qiymətləndirildi. Qeyd etmək lazımdır ki daha əvvəl dünyanın ən varlı şəxsiyyəti siyahısında birinci yeri Bill Gates tuturdu. Bezos-un bu siyahıda birinci yeri tutmasına, “Amazon”un səhm qiymətlərinin yüksəlməsi səbəb oldu. 27 İyul tarixində şirkətin səhm qiymətləri 1.6% yüksəldi. Bloomberg-in məlumatlarına əsasən Bill Gates, 2013-cü ilin May ayından bəri dünyanın ən varlı şəxsiyyəti hesab olunurdu. Forbes-un məlumatınsa əsasən Gates öz vəsaitinin böyük bir hissəsini xeyriyyəçiliyə sərf etməsəydi, onda Bezos onu bu reytinqdə keçə bilməyəcəkdi. Beləliklə Gates, müxtəlif xeyriyyəçilik məqsədləri ilə 32.9 milyard dollar vəsait xərcləmişdir. Bezos isə 2015-ci ilin sonuna kimi xeyriyyəçilik məqsədilə yalnız 100 milyon dollar sərf etmişdi. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər