main-post-cover

    Analitiklər 2022-ci ildə hansı sosial şəbəkələrin lider olacaqlarını proqnozlaşdırıblar

    Sosial Media
    22.12.2021
    Farid Pardashunas
        Insider Intelligence adlı analitik şirkət sosial şəbəkələrin qeyri-adi məşhurluq reytinqlərini tərtib edib. Belə ki, şirkət bu il üzrə nəticələri tərtib etmək əvəzinə gələn il üçün olan proqnozları əhatə edən nəticələri tərtib edib. Şirkət gələn il məşhur olacaq sosial şəbəkələrin reytinqlərini həmin sosial şəbəkələrə istifadəçilərin daxil olma dinamikası əsasında tərtib edib. Beləliklə reytinqə əsasən gələn il ən məşhur sosial şəbəkə məhz Facebook olacaq. Məlumatda qeyd edilib ki, gələn il Facebook-un aylıq aktiv istifadəçi kütləsi 2.91 milyard insan olacaq. Reytinqin ikinci pilləsində Instagram qərarlaşıb.
        Analitiklərin sözlərinə əsasən gələn il məşhur fotoservisin aylıq aktiv istifadəçi kütləsi 1.28 milyard insan təşkil edəcək. Reytinqin üçüncü pilləsini TikTok tutub. Analitiklər düşünürlər ki, gələn il TikTok-un aylıq aktiv istifadəçi kütləsi 755 milyon insandan az olmayacaq. Statistikaya əsasən TikTok öz aktiv istifadəçi kütləsini keçən il 59.8%, bu il isə 40.8% yüksəldib. Gözləntilərə əsasən gələn il TikTok 3-cü ən məşhur sosial şəbəkə statusunu əldə edəcək. Bununla yanaşı Insider Intelligence şirkətinin məlumatlarına əsasən gələn il artıq 3.57 milyard insan hər ay sosial şəbəkələrdən daimi şəkildə istifadə edəcək. TikTok-un isə sosial şəbəkələr bazarındakı payı 2024-cü ildə 25%-ə yüksələ bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər