main-post-cover

    Amazon şirkəti Clubhouse analoqu üzərində çalışır

    Sosial Media
    26.10.2021
    Farid Pardashunas
        Verilmiş məlumata əsasən Amazon şirkəti canlı yayım çərçivəsində audio dinləmək üçün nəzərdə tutulmuş xüsusi tətbiq üzərində çalışır və bu tətbiq hər kəsə öz radioşousunda DJ-ə çevrilmək imkanını verəcək. Məlumatda qeyd edilib ki, Project Mic adlı bu layihə ilk növbədə ABŞ bazarı üçün nəzərdə tutulub. Lakin buna baxmayaraq tətbiqin nə zaman istifadəyə veriləcəyi barəsində məlumat yoxdur. İstifadəçi öz növbəsində Amazon Music-in geniş kataloquna daxil olan musiqiləri canlı yayım çərçivəsində işə sala biləcək.
        Bundan əlavə olaraq tətbiqdə idman, komediya və pop-mədəniyyəti əhatə edəcək audioşoular olacaq. Məlumata əsasən Amazon şouların aparıcıları qismində məşhur və nüfuzlu şəxsləri dəvət etmək niyyətindədir. İstifadəçi müəyyən ad, mövzu və ya musiqi üzrə özünə maraqlı ola biləcək audioşouları axtara biləcək. Bundan əlavə olaraq Amazon trenddə olan müəyyən mövzuları və müəllifləri əhatə edən canlı yayımları istifadəçilərə təqdim edəcək. Kontent yaradıcıları həmçinin öz audioşoularını Amazon Music-ə, Twitch-ə və Amazon Alexa dəstəkli cihazlara yayımlaya biləcəklər. Sözügedən tətbiqin necə çalışacağı barəsində dəqiq bir məlumat hələ yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər