main-post-cover

    Ağ Ev TikTok-un ABŞ-da tamamilə bloklanması üçün təqdim edilmiş qanun layihəsini dəstəkləyib

    Sosial Media
    09.03.2023
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə ABŞ hökuməti qərar verdi ki, dövlət qulluğunda çalışan şəxslər öz cihazlarından TikTok-u silməlidirlər. İndi isə məlumat ortaya çıxıb ki, ABŞ hökuməti daha da irəli gedərək TikTok-u öz ərazisində tamamilə bloklamağa hədəflənib. Reuters saytının verdiyi məlumata əsasən Ev senatorlardan ibarət qrupun təqdim etmiş olduğu yeni qanun layihəsini dəstəkləyib. Təqdim edilmiş yeni qanun layihəsi TikTok-u ölkə ərazisində bloklamağa imkan verir. Bununla yanaşı həmin qanun layihəsi ABŞ-ın milli təhlükəsizliyinə istənilən riskləri özlərində birləşdirən digər xarici texnologiyaları da bloklamağa imkan verir. Təqdim edilmiş yeni qanun layihəsi ABŞ Ticarət Nazirliyini yeni hüquqlar ilə təmin edir.
        Həmin hüquqlar arasında TikTok-un ölkə ərazisində tamamilə bloklanması da daxil olmaqla internet texnologiyalardan istifadədə müəyyən məhdudiyyətlərin təyin edilməsi var. Senatorların sözlərinə əsasən söhbət, ABŞ-ın milli təhlükəsizliyi üçün istənilən risklərə sahib digər xarici İT texnologiyalardan da gedir. Ticarət Nazirliyi öz növbəsində bu cür riskləri təyin edib onları aradan qaldırmalı olacaq. TikTok bu cür qərara sərt şəkildə reaksiya verib və qeyd edib ki, sosial şəbəkənin qadağan olunması həmçinin ABŞ mədəniyyəti ilə dəyərlərinin eksportunun da qadağan edilməsi deməkdir. TikTok-dan bütün dünya üzrə 1 milyarddan çox insan istifadə edir. Məlumdur ki, son zamanlarda məşhur sosial şəbəkə istifadəçi məlumatlarının istifadəsi məsələsində tənqid olunur.
        Tənqidçilərin fikirlərinə əsasən TikTok istifadəçilərinin məlumatları Çin dövlətinin əlinə keçə bilər. Yeni qanun layihəsini təqdim etmiş senatorlar arasında həm demokratlar həm də respublikaçılar var. ABŞ prezidenti Joe Biden-ın milli təhlükəsizlik məsələləri ilə bağlı baş məsləhətçisi Jake Sullivan-ın sözlərinə əsasən bu qanun layihəsi bir sıra ökələrdəki bəzi texnoloji sektorlardan ola biləcək həm sistem həm də ayrı-ayrı riskləri aradan qaldırmağa imkan verəcək. Qanun layhəsi həmçinin Ağ Evin digər təmsilçiləri tərəfindən də dəstəklənib. Qeyd etmək lazımdır ki, bu qanun layihəsinə bənzər olanı hələ Donald Trump-ın prezident olduğu müddətdə irəli çəkilirdi. Lakin 2020-ci ildə bənzər qanunvericilik təşəbbüsü məhkəmələr vasitəsilə bloklanmışdı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər