ABŞ Konqresi TikTok-un öz ərazisində bloklanması üçün nəzərdə tutulmuş qanun layihəsi hazırlayır

ABŞ Konqresi TikTok-un öz ərazisində bloklanması üçün nəzərdə tutulmuş qanun layihəsi hazırlayır

Sosial Media
30.01.2023 PAYLAŞIM

    ABŞ Nümayəndələr Palatasının Xarici İşlər üzrə komitəsi TikTok-un ABŞ ərazisində bloklanmasına istiqamətlənmiş qanun layihəsinin gələn ay səsverməyə çıxarılmasını planlaşdırır. Sözügedən qanun layihəsi Ağ ev-ə siyasi üstünlüklər verəcək və o, həmin siyasi üstünlüklərdən istifadə edərək TikTok-u ABŞ-da qadağan edə bilər. “Bu tətbiqin Çin hökuməti üçün bizim telefonlarımıza giriş üsulu olması ilə bağlı narahatedici hallar var” - deyə komitənin rəhbəri Michael McCaul qeyd edib. Qeyd etmək lazımdır ki, TikTok-un ABŞ ərazisində bloklanmasına hələ ölkənin keçmiş prezidenti Donald Trump və onun administrasiyası nail olmağa çalışırdı.

    Lakin ABŞ-ın keçmiş prezidentinin qərarları ABŞ məhkəməsində ləğv edilmişdi. Joe Biden isə hakimiyyətə gələndən sonra onun administrasiyası bu məsələni ümumiyyətlə aradan qaldırdı. Yeniyetmələr arasında çox məşhur olan bir tətbiqi qanun səviyyəsində qadağan etmək heç də asan olmayacaq. Bu məsələdə Konqresin hər iki palatasında ciddi maneələr olacaq. TikTok-un ABŞ üzrə istifadəçi kütləsi 100 milyona bərabərdir. Son 3 il ərzində TikTok administrasiyası Vaşinqtona sübut etməyə çalışır ki, o, amerikalı istifadəçilərin konfidensial məlumatlarına sahib deyil və Pekin sosial şəbəkədəki kontentləri heç cür manipulyasiya edə bilməz.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Fransız nazirlər öz fərdi cihazlarından TikTok-u silməli olacaqlar

Dünən məlum oldu ki, Böyük Britaniya hökuməti məmurlara TikTok sosial şəbəkəsinin xidməti cihazlarda..


Meta şirkəti Facebook ilə Instagram-da NFT-lərin dəstəyi ideyasından imtina edib..

Meta şirkəti Facebook ilə Instagram-da NFT-lərin dəstəklənməsi ideyasından imtina edib.


Whatsapp-da çoxdan gözlənilən funksiya istifadəyə veriləcək

Whatsapp dünyanın ən məşhur messenceri olsa da, öz funksionallığı baxımından o, digər messencerlərdə..


Meta Facebook və Instagram-da qısa Reels videolarının müəlliflərinə ödəniş etməy..

Facebook və Instagram üçün qısa videoların hazırlanmsı ilə məşğul olan kontent yaradıcıları yaxın za..


Meta şirkəti mərkəzləşdirilməmiş Twitter analoqunu istifadəyə verə bilər..

Reuters saytının verdiyi məlumata əsasən Meta şirkəti mətn formatında paylaşmlar etməyə imkan verəcə..


Youtube qeyri-normativ leksikaya görə kontent yaradıcılarını sərt şəkildə cəzala..

2022-ci ilin noyabr ayından başlayaraq Youtube özlərində qeyri-normativ leksikanı birləşdirən videol..

×