main-post-cover

    ABŞ hökuməti TikTok-u öz regionunda bloklaya bilər

    Sosial Media
    19.07.2020
    Emil Nəcəfov
        Donald Trump administrasiyası Çinin ByteDance şirkətini (TikTok servisinin sahibi) öz qara siyahısına salmaq fikrini nəzərdən keçirdir. Qeyd etmək lazımdır ki, Huawei ZTE kimi şirkətlər artıq ABŞ-ın qara siyahısındadırlar. Bu barədə Financial Times saytı xəbər verib. Əgər bu baş verərsə, ByteDance ABŞ şirkətlərinin proqram təminatlarından və təchizatlarından istifadə edə bilməyəcək. Bura həmçinin Google Play App Store mağazaları da daxildir.

    “Biz, Çinə çox güclü siqnal vermək istəyirik” - deyə anonim məmur Financial Times saytına bildirib.

        Onu da qeyd etmək lazımdır ki, ABŞ-da çox məşhur olan TikTok servisinin bloklanması noyabr ayında keçiriləcək prezident seçkilərində Donald Trump-a mənfi təsir göstərə bilər. Məlumatda qeyd edilib ki, amerikalı məmurlar alternativ variantları da nəzərdən keçirdirlər. Belə ki, servis əvvəlki kimi çalışa bilər. Lakin bunun müqabilində o, istifadəçi məlumatlarını yığmamalıdır. Bu cür məhdudlaşdırıcı prosesin necə reallaşdırılacağı barəsində bir məlumat verilməyib.
    Linki kopyala