main-post-cover

    Instagram, Windows 10 tətbiqinə DM mesajlaşma funksiyasını nəhayət gətirdi

    Sosial Media
    04.02.2020
    Nijat Hamid
            Bilindiyi kimi Instagram bir müddətdir ki, kompüter üzərindən DM Mesajlaşma funksiyasını aktivləşdirmək istəyir. İlk əvvəl bunu Instagram-ın Web versiyasına gətirəcəyi təxmin edilirdi, lakin son çıxan dəyişiklik ilə artıq Windows 10 üzərində Microsoft Store-dan yüklənilə bilən Instagram tətbiqində DM Mesajlaşma aktivləşdirildi.

    Instagram-ın Windows 10 tətbiqində artıq DM üzərindən mesajlaşmaq mümkün olacaq.

            Şəkildən də göründüyü kimi artıq Windows 10 tətbiqində Instagram DM Mesajlarına baxmaq,cavablamaq mümkündür. Həmçinin bu yenilənmə Instagram tətbiqindəki bir çox problemləri də həll edir. Təxminlərə görə, yaxın zamanlarda Instagram effektləri Artdırılmış Reallıq (AR) funksiyalarını da dəstəkləyəcək. Bu tətbiqi yükləmək üçün Microsoft Store linkinə daxil olmağınız yetərlidir. Əldə Et yazısına klik etdikdən sonra tətbiq əməliyyat sisteminizə yüklənəcək.
    Linki kopyala