main-post-cover

    Instagram reklam elanlarının satışını öz IGTV servisində test etməyə başlayacaq

    Sosial Media
    16.03.2020
    Emil Nəcəfov
        Instagram sosial şəbəkəsi 1 saata kimi xronometraja sahib videolar üçün nəzərdə tutulmuş IGTV servisində reklamların satılmasına başlayacaq. Şirkət bu yeni funksiyanı test etdiyini təsdiqləyib. Bu barədə Bloomberg saytı xəbər verib. Şirkət bu ilin yaz fəslində IGTV-də reklamların test olunması üçün artıq bir sıra kontent müəllifli ilə razılığıa gəlib. Beləliklə Instagram öz partnyorlarına reklam dəyərinin 55% vəsaitini ödəyəcək. Qeyd etmək lazımdır ki, YouTube videoservisində də bu cür qayda qüvvədədir.
        Hal hazırda Instagram-da reklamı yalnız Stories və ana səhifə paylaşımlarında işə salmaq mümkündür. Bu isə öz növbəsində şirkətə il ərzində 20 milyard dollara yaxın qazanc gətirir. YouTube-dan fərqli olaraq Instagram indiyənə kimi öz reklam gəlirlərini istifadəçilər ilə bölüşmürdü. IGTV formatı Instagram Stories kimi məşhur deyil. Lakin fotoservis sürətlə böyüyən online video sahəsinin bir qismini əldə etmək üçün YouTube ilə rəqabət aparmağa hazırdır. Qeyd etmək lazımdır ki, 2019-cu ildə YouTube vdeoservisinin reklam satışlarından əldə etdiyi gəlir 15 milyard dollar təşkil etmişdi.
    Linki kopyala