main-post-cover

    Instagram mesajlarını web üzərindən cavablamaq olacaq

    Sosial Media
    15.01.2020
    Nijat Hamid
            Instagram bildiyimiz kimi web saytı üzərindən də istifadə etmək mümkün idi. Lakin bəzi funksiyaları istifadə etmək mümkün olmurdu. Hökmən mobil cihazlar ilə giriş etmək lazım idi. Bu funksiyalardan ən əsası da direkt(DM/şəxsi mesajlar) idi. Yəni web üzərindən İnstagram-a giriş etdikdə DM mesajlarını cavablamaq mümkün olmurdu. İnstagram artıq dəyişikliklər edir.

    Instagram-a web sayt üzərindən giriş etdikdə DM mesajlarını cavablamaq artıq mümkün olacaq.

            Instagram tərəfindən bildirilən məlumatlara görə bu gündən etibarən istifadəçilərin çox kiçik bir hissəsi web üzərindən DM mesajları cavablaya biləcək. Bir müddət sonra isə bütün istifadəçilər üçün açılacaq. Qeyd edək ki, bu mesajlaşma mobildəki təcrübə ilə eyni olacaq. Yəni yeni qruplar yarada biləcəksiniz, mesaja 2 dəfə tıklayanda bəyənə biləcəksiniz, hətta komputerdə olan şəkilləri belə DM üzərindən qarşı tərəfə göndərmək mümkün olacaq. Həmçinin Facebook bir müddət əvvəl bəyan etdiyi qərara görə Facebook, İnstagramWhatsApp mesajlarını birləşdirməyi planlayır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər