main-post-cover

    Instagram istifadəçilərə ilk növbədə hansı fotoları göstərir?

    Sosial Media
    17.06.2020
    Farid Pardashunas
        Instagram servisi istifadəçilərə ilk növbədə maksimal dərəcə çılpaq insanların əks olunduqları fotoları təklif edir. AlgorithmWatch şirkəti ilə Avropanın jurnalistika məlumatları şəbəkəsinin birgə tədqiqatında bu cür məlumat əks olunub. Sözügedən tədqiqat üçün istifadəçilər və müxtəlif brendlər tərəfindən paylaşılmış 2.400 foto seçilib. Fotoların 21%-də çılpaq bədən şəklində kişilər, bikini və ya alt paltarı şəklində isə qadınlar əks olunublar.
        Nəticədə məlum olub ki, yarıçılpaq şəkildə əks olunmuş qadınların fotoları digər fotolar ilə müqayisədə 54% daha çox ortaya çıxır. Yarıçılpaq kişilərin əks olunduqları fotolarda bu göstərici 28% təşkil edir. Yemək və mənzərə fotoları isə 60% daha az ortaya çıxır. Instagram servisinin sahibi olan Facebook şirkəti bu tədqiqatı bir neçə parametrə görə doğru hesab etmir. Facebook-da qeyd ediblər ki, Instagram-da fotoların təklif edilməsi istifadəçilərin maraqlarına əsasən tənzimlənir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər