main-post-cover

    Instagram istifadəçilərdən doğum tarixlərinin mütləq şəkildə qeyd edilməsini tələb edəcək

    Sosial Media
    01.09.2021
    Emil Nəcəfov
        Instagram istifadəçiləri öz doğum tarixlərinin mütləq şəkildə qeyd olunması üzrə xüsusi bildiriş əldə edəcəklər. Məşhur fotoservisdən istifadənin davam etdirilməsi üçün doğum tarixini qeyd etmək lazım gələcək. Instagram tərəfindən istifadəyə verilən bu tələb reklam elanlarının personallaşdırılmasını yaxşılaşdırmalı və həmçinin 18 yaşından aşağı olan istifadəçilərin təhlükəsizliklərini təmin edəcək funksiyanın yaradılmasına imkan verməlidir. Servis istifadəçilərin doğum tarixlərini tətbiqə daxil olan və böyüklər üçün nəzərdə tutulmuş kontentlərin göstərilməsi zamanı tələb edəcək.
        İstifadəçilər bu məsələ ilə bağlı xüsusi bildiriş əldə edəcəklər. Facebook bildirib ki, bir çoxları öz doğum tarixlərini yanlış qeyd edə bilər. Bu səbəbdən də servisin moderatorları doğum günü ilə bağlı olan paylaşımları analiz edəcəklər və həmçinin qeyd edilmiş məlumatların doğruluğunu süni zəka texnologiyası vasitəsilə yoxlayacaqlar. Qeyd etmək lazımdır ki, hal hazırda 16 yaşdan aşağı olan Instagram istifadəçilərinin hesabları avtomatik şəkildə bağlı olur. Bundan əlavə olaraq Instagram yaşca böyük istifadəçilərin 18 yaşından aşağı istifadəçilərə mesaj göndərmələrini əngəlləyir. 
    Linki kopyala