main-post-cover

    Instagram ilə Messenger arasında mesajlaşma imkanı: Instagram-a yeni funksiyalar əlavə edilib

    Sosial Media
    01.10.2020
    Emil Nəcəfov
        Facebook şirkəti Messenger Instagram istifadəçiləri arasında mesaj göndərmək imkanını aktivləşdirib. Bu halda istifadəçilər hər iki tətbiqi yükləmək məcburiyyətində qalmayacaqlar. Onlardan birinin smartfonda olması kifayət edir. Bununla yanaşı istifadəçilər istəyə uyğun olaraq bir tətbiqdən digərinə videozəng də reallaşdıra biləcəklər. Bu cür yeniliyin fonunda şirkət Instagram-a Messenger-dəki funksiyalara bənzəyən yeni özəlliklər əlavə edib. Belə ki, bundan sonra Instagram istifadəçiləri Direct-dəki çatlarda konkret mesajlara cavab verə, animasiyalı reaksiyalar göndərə və mesajların kimlər tərəfindən göndərilməsinə icazəni ayarlaya biləcəklər.
        Əvvəllər Instagram-ın çatlarında yalnız 1 mesajı şikayət etmək olurdu. İndi isə istifadəçilər şübhəli çatdakı bütün mesajları şikayət edə bilərlər. Instagram ayarlarında həmçinin yeni mesajların hansı qovluğa düşəcəklərini də ayarlamaq mümkündür. Məsələn, adi çat hissəsinə, mesajlaşmaq üçün sorğu hissəsinə və ya qadağan olunmuş mesajlar hissəsinə. Şirkət bir neçə ölkədə yeni funksiyaları aktivləşdirib və yaxın zamanda onları hamı üçün təqdim etməyi planlaşdırır. Həmin yeniliklər aşağıdakılardır:
    - Selfie stikerlər
    - IGTV-dən olan videolara birgə baxış
    - Baxılandan sonra silinən mesajlar rejimi
    - Çat fonunun ayarlanması
    - Qırmızı ürəklə yanaşı mesajlara istənilən smaylik ilə reaksiya.
    Linki kopyala