main-post-cover

    Instagram Hekayələrinə artıq Gif-lərlə cavab vermək mümkün olacaq

    Sosial Media
    06.02.2020
    Nijat Hamid
            Instagram platformasına yeniliklər gəlməyə davam edir. Platformaya gələn ən böyük yeniliklərdən biri 2018-də istifadəyə verilən Gif funksiyası idi. Artıq istifadəçilər Instagram-da giflerden istifadə edə bilirdi. İndi isə artıq Hekayələrə Gif-lərlə cavab vermək mümkün olacaq. Bunun üçün Instagram tətbiqinin ən son versiyasını yükləməlisiniz.

    İnstagram-ın son versiyasında Hekayələrə artıq Gif-lərlə cavab vermək mümkün olacaq.

           Həmçinin son versiyadan etibarən Giphy platformasının nəhəng Gif arşivi də Instagram-a tamamilə gəlmiş olacaq. Əvvəl limitli sayda göstərilən giflərin sayı artacaq. 2018-də verilən qərara əsasən Gif funksiyası əslində sadəcə mesajlarda istifadəyə icazə veriləcəkdi. Lakin gördüyümüz kimi platforma dəyişikliklərə hər zaman açıqdı. Bəlkə növbəti illərdə artıq Facebook kimi rəylərdə də Gif istifadə etməyə icazə verilər.
     
    Linki kopyala