main-post-cover

    Instagram Explorer bölməsində və istifadəçilərin hesablarında reklam elanları sərgiləyəcək

    Sosial Media
    06.10.2022
    Emil Nəcəfov
        Verilmiş məlumata əsasən yaxın zamanda istifadəçilər Instagram ilə qarşılıqlı əlaqədə olan zaman daha çox reklam elanı görəcəklər. Məlumatda qeyd edilib ki, reklam elanları Instagram-ın Explorer (Search) bölməsində və istifadəçilərin hesablarında sərgilənəcək. Instagram tərtibatçılarının fikirlərinə əsasən bu cür özəllik reklam verənlər üçün  yeni imkanlar yaradacaq. Hal hazırda Instagram Explorer bölməsində postların aşağı sürüşdürülməsi zamanı reklam elanlarını sərgiləyir. Lakin yaxın zamanda reklam verənlər Explorer bölməsinə reklam elanlarını elə yerləşdirmək imkanını əldə edəcəklər ki, istifadəçlər Explorer bölməsinə keçid etdikləri zaman artıq həmin reklam elanları sərgilənəcək.
        Sözügedən reklam elanları müvafiq işarəyə və “Learn More” düyməsinə sahib olurlar. Bu səbəbdən də istifadəçilər bu və ya digər postun reklam xarakterli olduğunu anlaya biləcəklər. Bundan əlavə olaraq reklam elanları birbaşa istifadəçi hesablarında da sərgilənəcək. Hal hazırda istifadəçi öz hesabında bu və ya digər posta klikləyəndən sonra aşağı sürüşdürməklə digər postları görə bilir. Lakin yaxın zamanda həmin postlar arasında reklam elanları da olacaq. Hal hazırda bu özəllik ABŞ-da məhdud sayda istifadəçi ilə reklam verənlər arasında test olunur. Daha çox reklam elanlarının sərgilənməsi imkanının bütün istifadəçilərdə nə zaman istifadəyə veriləcəyi bilinmir.
    Linki kopyala