main-post-cover

    Instagram-da paylaşımların xronoloji şəkildə göstərilməsi özəlliyi geri qayıdacaq

    Sosial Media
    12.12.2021
    Emil Nəcəfov
        Keçən həftə Instagram-ın rəhbəri Adam Mosseri ABŞ Senatında senatorları Instagram ilə bağlı maraqlandıran sullarına cavab vermişdi. Həmin vaxtda da o, elan etmişdi ki, Instagram-a paylaşımların xoronoloji şəkildə təqdim edilməsi özəlliyi geri qaytarılacaq. Daha sonra Adam Mosseri öz Twitter hesabında bu məsələ ilə bağlı istifadəçilərin suallarını cavablayan zaman qeyd edib ki, hal hazırda məşhur fotoservisdə paylaşmların xronoloji üsul ilə göstərilməsi üzrə 2 variant test edilir. Birinci variantda istifadəçilər xüsusi qeyd etdikləri abunəçiləri təyin edəcəklər və onların paylaşımları xronoloji şəkildə onlara göstəriləcək. İkinci variantda isə paylaşımların xronoloji şəkildə göstərilməsi özəlliyi bütün abunəçiləri əhatə edəcək.
        Bununla belə Instagram-ın rəhbəri fotoservisdə məsləhət olunan paylaşımların hansı üsul üzrə göstəriləcəyi barəsində məlumat verməyib. Bununla yanaşı o qeyd edib ki, sözügedən funksiyanı çox gözləmək lazım olmayacaq. Belə ki, fotoservis seçilmiş abunəçilər variantını artıq test edir və daha sonra bütün istifadəçiləri əhatə edən variantın testinə keçid edəcək. Adam Mosseri onu da bildirib ki, Instagram paylaşımların alqoritmik məsləhətlər əsasında göstərilməsi üsulundan imtina etməyəcək və fotoservis istifadəçilərə iki variantdan birini seçmək imkanını verəcək. Instagram-da paylaşımların xronoloji şəkildə göstərilməsi özəlliyinin gələn ilin əvvəlində istifadəçilərə təqdim edilməsi gözlənilir.
    Linki kopyala