Instagram-da ödənişli abunəlik funksiyası istifadəyə verilib

Instagram-da ödənişli abunəlik funksiyası istifadəyə verilib

Sosial Media
20.01.2022 PAYLAŞIM

    Instagram-da ödənişli abunəlik funksiyası istifadəyə verilib. Onun vasitəsilə istifadəçilər ən çox izlədikləri müəlliflərin eksklüziv kontentlərini və Instagram-ın bəzi geniş funksiyalarını əldə edəcəklər. Qeyd etmək lazımdır ki, sosial şəbəkə ödənişli abunəlik funksiyasını test rejimində istifadəyə verib və o hələ ki, Instagram-ın ABŞ-dakı 10 məşhur istifadəçisi üçün aktivdir. Yəni adi istifadəçilər yalnız 10 məşhur istifadəçiyə ödənişli abunəliyi reallaşdıra bilərlər. Sözügedən funksiya vasitəsilə istifadəçilər sevdikləri müəlliflərdən eksklüziv kontentlər əldə edəcəklər.


    Bura həmçinin Stories paylaşımları və canlı yayımlar da daxil olacaqlar. Bu cür abunəçilərin adları qarşısında bənövşəyi rəngdə xüsusi işarə əks olunacaq. Onun sayəsində kontent yaradıcıları hansı istifadəçinin bu funksiyadan yararlandığını biləcəklər. Ödənişli abunəliyin aylıq ödəniş haqqı 0.99-99.99$ arasında dəyişəcək. Kontent yaradıcıları özləri də abunəik haqqını təyin edə biləcəklər. Instagram bildirib ki, o, 2023-cü ilə kimi kontent yaradıcılarından bu məsələ ilə bağlı komissiya əldə etməyəcək. Gözləntilərə əsasən yaxın həftələrdə ödənişli abunəlik funksiyasına sahib istifadəçilərin sayı artacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram özünün Sans adlı eksklüziv şriftini yaradıb

Instagram öz brendinin böyük yenilənməsini anons edib.


Bir neçə aydan sonra Whatsapp-ın bəzi köhnə iPhone modellərində dəstəyi dayandır..

Bir neçə aydan sonra iOS 10 və iOS 11 vasitəsilə çalışan bəzi köhnə iPhone modellərində Whatsapp-ın ..


Youtube-da olacaq yeni funksiya videoların ən vacib və maraqlı hissələrini əks e..

Bəzən uzun xronometrajlı hansısa videonu izləmək üçün yetəri qədər zaman olmur.


Yaxın günlərdə Instagram-da NFT tokenlərin testinə start veriləcək

İnsayderlərin verdikləri məlumata əsasən bu həftə Instagram daxilində NFT tokenlərin dəstəklənməsi t..


Telegram-ın premium istifadəçiləri üçün təqdim ediləcək imkanlar barəsində yeni ..

Bir neçə müddət bundan öncə Telegram-da premium abunəliyin istifadəyə veriləcəyi barəsində məlumat o..

×