main-post-cover

    Instagram-da digərlərinin paylaşımlarını ana səhifədə repost etmək funksiyası istifadəyə veriləcək

    Sosial Media
    12.09.2022
    Emil Nəcəfov
        Instagram yaxın zamanda Repost funksiyasının testinə start verəcək. Bu funksiya vasitəsilə istifadəçilər digərlərinin paylaşımlarını öz ana səhifələrində paylaşa biləcəklər. Bir çox sosial şəbəkədə artıq mövcud olan bu funksiya Instagram-ın rəhbəri olan Adam Mosseri-nin hesabında aşkar edilib. Daha sonra Instagram təmsilçisi bu funksiyanın mövcudluğunu təsdiqləyib. Paylaşımları repost etmək imkanı həm ana səhifə həm də Stories bölməsi üçün reallaşdırılacaq. İstifadəçilər öz növbələrində repost edilmiş paylaşımlara şərhlər bildirə biləcəklər. İstifadəçi tərəfindən repost olunmuş paylaşımlar isə onun hesabındakı xüsusi qovluqda qruplaşacaqlar. 2018-ci ildən başlayaraq Instagram üçün nəzərdə tutulmuş kənar tətbiqlər Stories paylaşımlarını repost etməyə imkan verirlər. Lakin orijinal tətbiqin özündə bu cür imkan heç zaman mövcud olmayıb. Qeyd etmək lazımdır ki, sözügedən funksiya bu ilin əvvəlində TikTok-da istifadəyə verilmişdi.
    Linki kopyala