Instagram CEO-su açıqladı: iPad üçün niyə xüsusi tətbiq hazırlanmır?
Sosial Media
17.02.2020
Nijat Hamid
Bilindiyi kimi Instagram-ın Apple iPad-lərdə istifadə etmək üçün xüsusi bir tətbiqi yoxdur. Lakin istifadəçilər iPhone üçün hazırlanan tətbiqi kiçik bir pəncərədə açaraq iPad-lərdə istifadə edə bilir. Əlbəttə bu heç də komfortlu deyil. Bu günlərdə Instagram CEO-su olan Adam Mosseri, niyə iPad-lərə özəl Instagram tətbiqi hazırlamadıqlarını açıqladı.
Adam Mosseri: " Bunu etmək əvəzinə daha gəlirli işlərimiz var, onlarla məşğul olmaq istəyirik "
Şirkətin CEO-su deyir ki, bunun hazırlanmamasının əsas səbəbi tələbin çox olmamasıdır. Dünya üzərində iPad istifadəçilərinin sayı məhdud olduğu üçün şirkət bura vaxt sərf etmək istəmir. Həmçinin CEO " Əlbəttə biz də iPad üçün bir Instagram tətbiqi hazırlamaq istəyirik, amma hal-hazırda daha önəmli və gəlir gətirən işlərimiz var. Onlara fokuslanmalıyıq " dedi. Qısaca yaxın 1-2 il ərzində istifadəçilər Instagramı yenə iPhone-lar üçün olan tətbiqindən komfortsuz bir şəkildə istifadə etməli olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!