main-post-cover

    Instagram-a yaş qadağası gəldi: 13 yaşdan kiçiklər istifadə edə bilməyəcək

    Sosial Media
    06.12.2019
    Nijat Hamid
            Facebook şirkətinə məxsus olan İnstagram platforması yeni qaydalar tətbiq etməyə davam edir. Keçən aylarda alqoritmik dəyişikliklər edən platforma bu səfər yaş qadağası gətirir. Yeni qaydalara əsasən 13 yaşından kiçiklər İnstagram platformasını istifadə edə bilməyəcək.  Qeyd edək ki, 7 il əvvəl, yəni 2012-də Facebook tərəfindən alınan İnstagram bu gün 1 milyarddan çox istifadəçiyə malikdir. 

    Artıq yeni istifadəçilər İnstagrama girərkən doğum tarixlərini yazmalı olacaqlar. 13 yaşdan kiçiklərin istifadəsi qadağan ediləcək.

            Dediyimiz kimi yeni qayda İnstagram-a yeni daxil olan istifadəçilərə aiddir. Yəni mövcud istifadəçilərdən yaş və ya doğum tarixi təsdiqi soruşulmayacaq. Həmçinin bəzi yeniliklər də sosyal medya platformuna əlavə edildi. Artıq follow etmədiyiniz insanların sizə mesaj yazmasına qadağa qoya biləcəksiniz, həmçinin tanımadığınız şəxslər tərəfindən qruplara əlavə edilməmək üçün də bir-iki dəyişiklik edildi. Facebook, SnapchatTikTok kimi platformalarda yaş limiti uzun müddətdir ki, var. İnstagram rəsmilərinə bu sual ünvanlananda verdikləri cavab isə Instagramın açıq bir platform olmasını, istifadəçilərdən yaş soruşmaq istəmədiklərini və hər kəsin özünü rahat şəkildə ifadə edə biləcək bir yer olmasını istədiklərini dedilər. 
     
    Linki kopyala