main-post-cover

    Instagram-a Hekayələr (Stories) ilə bağlı yeniliklər nə vaxt gələcək?

    Sosial Media
    07.06.2020
    Nijat Hamid
            Facebook şirkətinə məxsus olan nəhəng sosial media platformalarından biri olan Instagram bəzi yeniliklər üzərində işləyir. Bu yeniliklər əsasən də Hekayələr (Stories) funksiyası ilə bağlıdır. İstifadəçilərə daha çox Story göstərmək istəyən şirkət bunun üçün maraqlı bir yenilik fikirləşib. Həmçinin Android-də Story-ə atılan videolar üçün də bəzi yeniliklər olacaq.

    Instagram Story-ləri artıq 2 sıra halında görünəcək. Beləliklə istifadəçiyə daha çox Story göstərilə biləcək.

            Hal-hazırda bu yeniliyin bəzi istifadəçilər üçün testə açıldığını Instagram təsdiqləyib. Tərs mühəndislik üzrə mütəxəssis olan Jane Manchun Wong tərəfindən verilən məlumata görə şirkət uzun zamandır ki, bu funksiya üzərində işləyir. Hətta nəinki 2 sıra, 6-7 sıra şəklində belə Story-ləri görmək mümkün ola bilər. Tətbiqin daxilində tapılan kodlarla bu məlumat təsdiqlənib.
            Digər bir yenilik isə Android istifadəçiləri üçündür. Bildiyiniz kimi Android smartfonlar ilə Instagram-da Story-ə atılan videoların keyfiyyəti ciddi dərəcədə pozulur. Buna səbəb Instagram-ın bütün cihazlar üçün istifadə etdiyi universal sıxışdırma alqoritmasıdır. Sızan yeni məlumatlara görə istifadəçilərin şikayətini nəzərə alan şirkət bu alqoritmanı təkmilləşdirərək daha yaxşı bir keyfiyyətdə videoların yüklənməsini təmin edəcək. Bəhs etdiyimiz bu yeniliyin bu il ərzində olacağı gözlənilir. Lakin yeni Story görünüşünün nə vaxt gələcəyi bəlli deyil. Əgər istifadəçilər tərəfindən müsbət rəy almazsa, çox güman istifadə edilməyəcək.
     
    Linki kopyala