Instagram 1 dəqiqəlik Stories-lərin testinə start verib

Instagram 1 dəqiqəlik Stories-lərin testinə start verib

Sosial Media
17.12.2021 PAYLAŞIM

    Instagram daha uzun xronometraja sahib Stories-lərin testinə start verib. Qeyd etmək lazımdır ki, Instagram-dakı Stories-lərin xronometrajları 15 saniyə təşkil edir. Lakin bəzi regionların istifadəçiləri artıq 1 dəqiqəlik Stories-lər yükləyə bilirlər. Analitiklərin fikirlərinə əsasən bu, TikTok-un istifadəçi kütləsini özünə cəlb etməyin növbəti üsuludur. Sosial şəbəkələr üzrə mütəxəssis Matt Navarra aşkar edib ki, Türkiyədən olan istifadəçilər üçün Stories-lərin yeni formatı istifadəyə verilib. Belə ki, yeni format çərçivəsində türkiyəli istifadəçilər 1 dəqiqəlik xronometraja sahib Stories-ləri Instagram-a yükləyə bilirlər.


    Fotoservisin sistemi bu cür videoları 15 saniyəlik ayrı-ayrı kiçik hissələrə bölmədən bir dəfəyə onları Stories bölməsinə yerləşdirir. Bundan əlavə olaraq əvvəlki məlumat sızıntılarında qeyd edilmişdi ki, Instagram Stories paylaşımlarını yükləmək üçün nəzərdə tutulmuş yeni interfeys üzərində çalışır və həmin interfeys Stories paylaşımlarında digər istifadəçiləri və yerləri işarələmək prosesini daha da sadələşdirəcək. Yenilənmiş interfeysin nə zaman istifadəyə veriləcəyi barəsində heç bir məlumat yoxdur. Qeyd etmək lazımdır ki, 1 dəqiqəlik Stories-lər də hələ hamı üçün aktiv edilməyib. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram özünün Sans adlı eksklüziv şriftini yaradıb

Instagram öz brendinin böyük yenilənməsini anons edib.


Bir neçə aydan sonra Whatsapp-ın bəzi köhnə iPhone modellərində dəstəyi dayandır..

Bir neçə aydan sonra iOS 10 və iOS 11 vasitəsilə çalışan bəzi köhnə iPhone modellərində Whatsapp-ın ..


Youtube-da olacaq yeni funksiya videoların ən vacib və maraqlı hissələrini əks e..

Bəzən uzun xronometrajlı hansısa videonu izləmək üçün yetəri qədər zaman olmur.


Yaxın günlərdə Instagram-da NFT tokenlərin testinə start veriləcək

İnsayderlərin verdikləri məlumata əsasən bu həftə Instagram daxilində NFT tokenlərin dəstəklənməsi t..


Telegram-ın premium istifadəçiləri üçün təqdim ediləcək imkanlar barəsində yeni ..

Bir neçə müddət bundan öncə Telegram-da premium abunəliyin istifadəyə veriləcəyi barəsində məlumat o..

×